Nida.az
Asim Mollazadə: “Bu, reallıq yox, təzyiq elementidir”
“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rola
malikdir. Ukrayna göstərdi ki, Avropa öz strateji tərəfdaşlarına
ehtiyatla yanaşmalıdır. Belə bir vəziyyətdə Avropa Parlamentinin
belə bir qətnamə ilə çıxış etməsi ümumi strateji xəttə ziddir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr
komitəsinin üzvü, millət vəkili Asim Mollazadə
Publika.az-a açıqlamasında Avropa Parlamentinin
sentyabrın 18-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən
deyib.
Qeyd edək ki, AP-nin qətnaməsində Azərbaycan insan haqlarının pozulmasına, demokratiyanın təmin edilməməsinə görə tənqid edilib. Son həbslərin siyasi motivli olduğunu elan edib.
A. Mollazadə hesab edir ki, AP tələsikliyə yol verib. Onun
sözlərinə görə, istintaq yekunlaşmayıb və məhkəmənin hökmü olmadan
nəyisə şərh etmək və bunu siyasiləşdirmək doğru deyil.
“Avropa Parlamenti Azərbaycanı nədəsə tənqid etməyə haqqı çatmır.
Ən azı ona görə ki, bu günə qədər işğal olunmuş ərazilər, qaçqın
düşmüş insanlarla bağlı hansısa mövqe nümayiş etdirməyib. Digər
tərəfdən, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir
öhdəliyi yoxdur. Öhdəliyi olmayan bir ölkə haqqında qətnamə qəbul
etmək nizamnamə baxımından da doğru deyil. Hesab edirəm ki, bu
qətnamə reallığı əks etdirməkdən daha çox, Azərbaycana birbaşa
təzyiq elementidir”, -- deyə komitə üzvü bildirib.
Asif
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO