Səudiyyənin baş müftisi Suriyada döyüşməyə gedənlər barədə açıqlama verdi
Bizi izləyin

Nida.az

Səudiyyənin baş müftisi Suriyada döyüşməyə gedənlər barədə açıqlama verdi

“Ölkə xaricinə cihada gedənlər xətakardırlar və bu işdə zərərlə üzləşəcəklər”.İnterAz-ın “CNN.Arabic”ə istinadla verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz Ali-Şeyx deyib.

O, Səudiyyə kralının Suriyaya cihada gedənlər barədə verdiyi həbs qərarına münasibətini bildirib və kralın fərmanının yerinə yetirilməsini vacib sayıb.

“Verilən fərmana riayət etmək zəruridir. Bizim şahımız elə bir məsələdə bizə əmr edir ki, Allahın şəriətinə zidd deyil. Biz bunu eşidib qəbul etməliyik. Çünki o yalnız bizim gənclərimizin xeyrini fikirləşir. Allah onu bu ümmətin başçısı qərar verib. Qarşıdurmalara və şübhəli işlərə qoşulmaq olmaz. Burada vəhşilər var və bizim gənclər bu vəhşilərin ovu olmamalıdır. Təssüflər ki, onlar İslam düşmənlərinin ovuna çevrilirlər. Onlar qul bazarındakı kimi satılıb alınırlar. Bizə məlum olan budur ki, xaricə döyüşə gedənlər, aldadılan gənclərdir. Onlar fikirləşir ki Allah yolunda cihad edirlər, amma onlar ovun qurbanı olublar.”

Bildirək ki, qeyri- rəsmi mənbələr Suriyada hakimiyyət əleyhinə vuruşan əcnəbilərin təqribən 30 min olduğunu bildirirlər. Qarşıdurmanın ilk illərində Şimali Afrikadan gələn döyüşçülər əcnəbilərin əksəriyyətini təşkil edirdisə, hazırda Səudiyyə Ərəbistanı vətəndaşları daha çoxdur. Fevral ayının 3-də Ərəbistan kralı ölkədən xaricə döyüşlərə qatılan vətəndaşlara ən azı 3 il həbsin nəzərdə tutulması barədə fərman verib. Rəsmi ər-Riyaddan verilən son bəyanata baxmayaraq, bu ölkə Suriyada silahlı qruplaşmaları hərbi və maddi baxımdan dəstəkləyən əsas dövlət hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm