Əhməd Davudoğlu: Gələn ilin martında TANAP-ın Anadolu hissəsinin təməli qoyulacaq
Bizi izləyin

Nida.az

Əhməd Davudoğlu: Gələn ilin martında TANAP-ın Anadolu hissəsinin təməli qoyulacaq

Bu layihələr sadəcə Türkiyə ilə Azərbaycana deyil, bütün ətraf bölgələrə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan – Qafqazı Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-Ərzurum – Qafqazı Anadoluya bağladıq. Bakı-Tbilisi-Qars – bu dəfə dəmir yolu ilə bağladıq. Marmaray da açılınca bütün bu xətlər ilə Pekini Londona bağlayacağıq. İndi TANAP layihəsi və həqiqətən sabah bu mərasimə qatılmaqdan böyük fəxr duyduğum “Cənub” qaz dəhlizi ilə Qafqazı Anadolu üzərindən Balkana bağlayacağıq.
AzərTAc xəbər verir ki, bu fikirləri sentyabrın 19-da Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında söyləyib.
Baş nazir bildirib ki, Balkan və Qafqaz 1990-cı illərdə daim gərginliklərlə, mənfi xəbərlərlə yadda qalmışdı. İndi Azərbaycan ilə Türkiyənin bu uğur hekayələri bu iki bölgəni sülh bölgələri olaraq bir-birinə bağlayacaq. Anadolu coğrafiyası Xəzər ilə Adriatik arasında bir keçid coğrafiyası olacaq.
Əhməd Davudoğlu qeyd edib ki, əgər Azərbaycanda bu qüdrət olmasa idi, Azərbaycanda Azərbaycan xalqının gələcəyini düşünən lider olmasa idi, öndərimiz Heydər Əliyevin də söylədiyi kimi, “Bir millət, iki dövlət” kəlamı ilə Azərbaycanın bu qüdrəti böyüməsə, Türkiyə qüdrətli olmasa idi, “Bir millət, iki dövlət” kəlamı kağız üzərində, hər zaman söhbətlərimizdə qalardı. Amma indi, sözün həqiqi mənasında, qüdrətli bir Azərbaycan qüdrətli bir Türkiyə ilə birləşdikdə, bütünləşdikdə, əl-ələ, çiyin-çiyinə verdikdə qazanan sadəcə Türkiyə və Azərbaycan olmur, bütün Qafqaz, bütün Balkan, hətta Avropa və Asiya qazanır. O baxımdan bu layihə həqiqətən əsrin layihəsidir.
“İnşallah, cənab Prezidentlə gələn il martın 17-18-də Çanaqqala savaşının ildönümündə, - bu günlər, eyni zamanda, Qafqaz şəhidlərimizin də ildönümüdür, - hamısını rəhmətlə anırıq, - orada da TANAP-ın Anadolu hissəsinin təməlqoyma mərasimində birlikdə olacağıq” – deyə Türkiyənin Baş naziri vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm