MSK: “Mübariz Qurbanlının mandatına aydınlıq gətiriləcək”
Bizi izləyin

Nida.az

MSK: “Mübariz Qurbanlının mandatına aydınlıq gətiriləcək”

Mərkəzi Seçki Komissiyası (MSK) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri təyin olunmuş Mübariz Qurbanlının deputat mandatına aydınlıq gətirəcək.


Bu barədə Publika.az-a açıqlamasında MSK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.


Onun sözlərinə görə, bu məsələ MSK-nın növbəti iclaslarının birində baxılacaq: “İclasın vaxtı hələ dəqiqləşməyib”.


Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.


Xatırladaq ki, M. Qurbanlının parlamentdən getməsi ilə hakim partiyanın Milli Məclisdəki üzvlərinin sayı 67-yə düşəcək. Bundan əvvəl Gülər Əhmədova mandatından imtina etmişdi. Daha sonra deputat Hikmət Atayev avtomobil qəzasında dünyasının dəyişdi.

Ötən ilin dekabr ayında isə dövlət başçısının sərəncamı ilə hakim partiyanın parlament fraksiyasının rəhbəri Əli Əhmədov baş nazirin müavini təyin olunmaqla qanunvericiliyə uyğun olaraq deputat mandatını təhvil verdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm