Hüseynov qardaşlarından xəbər var: “Mehman və Emin sağ-salamatdır”
Bizi izləyin

Nida.az

Hüseynov qardaşlarından xəbər var: “Mehman və Emin sağ-salamatdır”

Bir müddət öncə yoxa çıxan Emin və Mehman Hüseynov qardaşlarından xəbər var.


Publika.az xəbər verir ki, qardaşların yoxa çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müxtəlif versiyalar ortaya atılıb. Bir neçə gün öncə isə Günay İsmayılova adlı istifadəçi bütün müzakirələrə son verilməsi tələbi ilə çıxış edib.


“Bildirmək istəyirəm ki, Mehman və Emin sağ-salamatdır. Hər kəs öz işinə baxsa, daha yaxşı olar”, - deyə o, sərt şəkildə reaksiya verib.


Ardınca bildirib ki, M. Hüseynovun səhhətində problemlər olduğu üçün ortada görünmür. G. İsmayılova hazırda hər iki qardaşın yaxşı olduğunu və vaxtı gələndə sosial şəbəkələrə daxil olacağını deyib.

Adıçəkilən istifadəçinin Hüseynov qardaşları ilə hansı əlaqəsinin olduğu dəqiq bilinməsə də, onun sərt şəkildə müdafiəyə qalxması diqqət çəkir.


Bu arada izvestiya.az saytında maraqlı bir xəbər yayılıb. Sayt sosial şəbəkə istifadəçilərindən birinə istinadən xəbər verir ki, Mehman Hüseynov bu gün öz səhifəsinə daxil olaraq istifadəçilərdən birini bloklayıb.


Qeyd edək ki, bir müddət öncə harda olduğu dəqiq bilinməyən Emin Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) Avropa Şurasına müraciət edib. Müraciətdə Azərbaycan hökuməti tənqid olunub, demokratiyanın, insan azadlığının boğulmasında ittiham edilib. Qeyd edilib ki, Avropa Şurasının baş verənlərə heç bir reaksiya verməməsi Azərbaycanda hüquqşünaslarını çətin vəziyyətə salıb.
Müraciətdə diqqətçəkən məqam, ortadan yox olan E. Hüseynovun itməsi haqda bir cümlənin belə işlədilməməsidir. Hansı ki, əvvəlcə onun harda olduğunu bilmədiklərini deyən ailəsi daha sonra iqtidara ittiham etmişdi.
Məlumatlara görə, E. Hüseynov xarici səfirliklərin birində (İsveçrə səfirliyində olduğu güman edilir-red) gizlənir.

Bu müraciət, həmçinin sosial şəbəkələrdə yayılan xəbərlər Hüseynov qardaşlarının hökumət tərəfindən saxlanılmadığına əsas yaradır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm