Nida.az
Azərbaycan Almaniyaya nota verib
Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert
Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi Almaniya
Federativ Respublikasının Bundestaqına məktubla, Xarici işlər
nazirliyinə isə nota ilə müraciət edib. Bu barədə Trend-ə Almaniya
Bundestaqının deputatlarının və Fransa Senatının nümayəndəsinin
Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar XİN-in
Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev
məlumat verib.
H.Hacıyev bildirib ki, səfirliyin notasına cavabında Almaniya
XİN-in rəsmisi bildirmişdir ki, AFR hökumətinin Azərbaycanın ərazi
bütövlüyünə dair mövqeyi dəyişməmişdir və AFR Dağlıq Qarabağı
Azərbaycanın bir hissəsi hesab edir.
AFR XİN-in rəsmisi əlavə etmişdir ki, Almaniya XİN-i Bundestaqa
daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı
Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın
prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.
Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında bildirilmişdir
ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından
həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər
Bundestaq tərəfindən ödənilməmişdir.
Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi
təşəbbüsü əsasında baş verdiyini bəyan etmişlər.
Fransadakı Səfirliyimiz tərəfindən də Fransa senatının
nümayəndəsinin işğal olunmuş ərazilərimizə səfəri ilə əlaqədar
KİV-də 23 sentyabr tarixində verilən məlumat araşdırılacaq və
zəruri tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş
Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının “Dövlət
Sərhədi haqqında" qanununun pozulmasıdır. Bu kimi şəxslər
Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısına
daxil edilirlər.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquqa zidd
olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər
öz məsuliyyətlərini dərk etməlidirlər ki, onlar separatizm, etnik
təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün
təşviqinə rəvac verməkdə rol oynayırlar. Eyni zamanda bu şəxslərin
əməlləri humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd
olaraq, işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq
azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə və
hüquqlarına qarşı hörmətsizlikdir.
Özlərini millət vəkili adlandıran bu kimi şəxslər eləcə də belə
qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin
seçiciləri qarşısında daşıdıqları məsuliyyəti dərk etməli və onlara
hörmət yanaşmalıdırlar.
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT