Nida.az
Regionlarla bağlı üçüncü dövlət proqramı olacaq - FOTOLAR
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr
olunmuş konfrans-sərgi keçirilib.
Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, Prezident İlham
Əliyev tədbirdə iştirak edib. Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr
olunmuş sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi
inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye,
infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd
təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və
digər sahələrin inkişafını əks etdirən göstəricilərə geniş yer
verilib.
Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların
qazanılmasında regionların sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol
oynayıb.
Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti
nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə
üçü respublikamızın payına düşür.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans-sərgidə çıxış edib.
İkinci dövlət proqramının artıq başa çatdığını deyən dövlət
başçısı bildirib ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi
regionların inkişafında xüsusi rol oynadı. 2009-2013-cü illəri
əhatə edən ikinci proqramın da regionların inkişafında,
ümumiyyətlə, ölkəmizin iqtisadi potensialının gücləndirilməsində
rolu böyük olub: "Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə
çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi
müstəqillik və siyasi iradədir. Son 10 ildə Azərbaycan çox sürətlə
inkişaf edib. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı isə 2,7 dəfə
artıb. İstifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəyə
xeyli gəlir gətirib. Təbii sərvətlərdən əldə olunan gəlirlər
infrastruktur layihələrinə uğurla istiqamətləndirilib".
Azərbaycanın iqtisadi potensialından danışan Prezident İlham Əliyev
gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını
bildirib.
Dövlət başçısı qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına
qoyulan sərmayə rekord həddə çatıb və 28 milyard dollar təşkil
edib, daxili sərmayələr xarici sərmayələri üstələyir: "Bu dövr
ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq
qalır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulur".
Sahibkarlığa geniş yer verilməsinin daim diqqət mərkəzində
saxlanıldığını vurğulayan Prezident İlham Əliyev ölkə
iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər
verilməsinin bundan sonra da davam etdiriləcəyini diqqətə
çatdırıb.
Son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak
etdiyini deyən dövlət başçısı sahibkarlığa dəstəyin davamlı
olacağını deyib. Ötən 10 ildə infrastruktur layihələrinin icrası
prioritet məsələ olub. 17 elektrik stansiyası tikilib, ölkəmizin
90%-ə yaxın ərazisində qazlaşdırma işləri aparılıb, yolların
tikintisi üzrə geniş layihələr icra edilir.
Sosial infrastruktur layihələrindən danışan Prezident İlham
Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra
edildiyini söyləyib və növbəti 5 il ərzində bu prosesin
sürətlənəcəyini bildirib.
Dövlət başçısı qeyd edib ki, 10 il ərzində 2 min 700 məktəb
tikilib, 500-dən çox tibb müəssisəsi inşa edilib, yaxud təmir
olunub, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda
mədəniyyət ocağı tikilib və ya bərpa edilib.
Prezident İlham Əliyev növbəti 5 il üçün bu yaxınlarda qəbul
ediləcək üçüncü dövlət proqramının da ölkə iqtisadiyyatının
möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat
naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov,
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin
prezidenti Etibar Pirverdiyev və "Azərsu" ASC-nin sədri Qorxmaz
Hüseynov çıxış ediblər.
Konfrans-sərgiyə yekun vuran Prezident İlham Əliyev son 10 ildə
əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyini,
makro-iqtisadi vəziyyətin sabit qalacağını qeyd edib. Dövlət
başçısı bildirib ki, bunun üçün heç bir maliyyə problemi yoxdur və
əsas xərclər sosial və infrastruktur layihələrinə yönəldiləcək.
Dövlət başçısı qarşıdakı 5 il ərzində növbəti proqramın icrası
üçün kifayət qədər resursların olduğunu söyləyib və bütün
layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev su, kanalizasiya, meliorasiya layihələri,
kənd təsərrüfatının inkiaşfında ən müasir metodların tətbiqi,
məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat
sisteminin yaradılması, bölgələr üzrə ixtisaslaşmanın aparılması,
torpaqların elektron uçot sisteminin yaradılması, subsidiyaların
verilməsində tam şəffaflığın təmin edilməsi, ərzaqın keyfiyyətinin
qorunması, aqro parkların, logistika mərkəzlərinin yaradılması,
bankların iqtisadiyyatın real sektoruna kredit şəklində daha böyük
vəsait ayırmaları, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin
davam etdirilməsinin vacibliyindən və digər məsələrdən də
danışıb.
Dövlət başçısı ötən 10 ildə qarşıya qoyulan bütün vəzifələrin tamamilə icra edildiyini deyərək, əminliklə vurğulayıb ki, qəbul ediləcək üçüncü dövlət proqramı ölkənin inkişafına yeni töhfələr verəcək.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ