Müsavatın yeni başqanı məlum oldu: Arif Hacılı - Yenilənir - FOTOLAR
Bizi izləyin

Nida.az

Müsavatın yeni başqanı məlum oldu: Arif Hacılı - Yenilənir - FOTOLAR

“Mənə etimad göstərmiş hər bir müsavatçıya təşşəkkür edirəm”.

Publika.az xəbər verir ki, bu barədə yeni başqan Arif Hacılı nəticələr bəlli olandan sonra çıxışı zamanı deyib.

O, İsa Qəmbərə də xüsusi təşəkür edib: “Mənim liderim, silahdaşım olan İsa Qəmbərə bir daha təşəkkür edirəm. Sizi əmin edirəm ki, bundan sonra İsa Qəmbər və bütün Müsavatla birlikdə uğurlu gələcəyə aparacağıq”.

Daha sonra İsa Qəmbər digər namizədlər Qubad İbadoğlu ilə Tural Abbaslını səhnəyə dəvət edib. Seçkidə iştirak etdikləri üçün hər iki namizədə təşəkkür edib.

“İnanıram ki, ya 4, ya da 8 ildən sonra onların namizədliyni irəli sürmək imkanı yenidən olacaq”, -deyə partiyanın keçmiş başqanı bildirib.

***

Müsavat Partiyasının başqanlıq seçkisi başa çatıb.

Publika.az xəbər verir ki, səsvermənin nəticələri bəlli olub. İlk olaraq namizədlərdən Arif Hacılının səsləri sayılıb.

449 nəfər səsvermədə iştirak edib. Bülletenlərdən 2-si etibarsız sayılıb. Yerdə qalan 448 nəfərdən 228-i Arif Hacılıya səs verib.

Arif Hacılı Müsavat Partiyasının yeni başqanı seçilib. Namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs alıb.

***

Müsavat başqanlığına namizəd Səxavət Əlisoy öz namizədliyini digər namizəd Qubad İbadoğlunun xeyrinə geri götürüb.

Publika.az xəbər verir ki, Müsavatın VIII qurultayında S. Əlisoy əlavə söz alıb. O, tərəfdarlarını Q. İbadoğluna səs verməyə çağırıb.

“Mən öz namizədliyimi siyasi baxışlarımız üst-üstə düşən Qubad İbadoğlunun xeyrinə geri götürürəm. Tərəfdarlarımdan xahiş edirəm ki, mənə verəcəkləri səsləsi Qubad bəyə versinlər”, -deyə o bildirib.

Onun bu addımı Q. İbadoğlunun tərəfdarları tərəfindən alqışlarla qarşılanıb. Daha sonra səs vermə başlayıb. Səsvermənin nəticələri saat 19:00-dan sonra açıqlanacaq.

Qeyd edək ki, Publika.az iki gün öncə S. Əlisoyun belə adddım atacağı haqqında yazmışdı.

***

“Qubad bəy namizədliyini mənim xeyrimə geri götürməlidir”.

“İsa bəy Müsavatı mənə təhvil ver”.

“Mən Arif bəyin üstünlüyünə yaxşı bələdəm. Arif bəy həmişə eyni sözlərdən danışıb, amma nəticə mənəvi qələbə olub. Mən mənəvi qələbə istəyirəm. Digər tərəfdən, Arif bəy deyəndə İsa bəy yada düşür. Əgər Arif bəyi seçəcəyiksə, onda İsa Qəmbəri niyə yola salırıq ki”.

Publika.az xəbər verir ki, bu barədə başqanlığa namizəd Tural Abbaslı partiyanın VIII qurultayında çıxışı zamanı deyib.

T. Abbaslı Qubad İbadoğluna da irad tutub: “Qubad bəy çıxışının 4-cü cümləsində iqtisadiyyatdan danışdı. Amma bu indiki dövrdə lazım deyil. Qubad bəy 50 ildən sonra namizəd olacaq, onda da mən keçmiş başqan kimi ona səs verəcəm. Səxavət bəyə iradım yoxdur, çünki o daha çox rayon təşkilatında olub. Qubad bəy, gənclərə yol verməyi təklif edir. Mən Qubad bəyə təklif edirəm ki, namizədliyini mənim xeyrimə geri götürsün. Mən İsa bəyə də müraciət edirəm ki, Müsavatı mənə təhvil versin. İnsan bu qədər eqoist olmaz. Siz adınızı tarixə yazdırdınız, qoyun biz də yazdıraq. Bizə etimad göstərəcəksinizsə, 2015-ci ilin bu günündə fövqəladə Məclis çağıracağıq. Əgər irəliyə doğru inkişaf etməyəcəyiksə, qurultay çağırıb gedəcəyik. Sizi bizlə bir yerdə mübarizəyə dəvət edirik”.

***

“Gerçəkliyi danışaq. Müsavatın rayon təşkilatlarında, Məclisindəki durum acınacaqlıdır. Bəzi komissiyaların yalnız adı var”.

Publika.az xəbər verir ki, başqanlığa namizəd Səzavət Əlisoy partiyanın VIII qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər şeyi İsa Qəmbərin üzərinə atırlar: “Bizim səhvimiz budur ki, partiyaya divident gətirməyi İsa Qəmbərin üzərinə yıxırıq. Gözləyirik ki, İsa bəy hardasa çıxış edəcək, biz də özümüzə təskinlik verək. Rəhbərlikdə təmsil olunan hər bir kəs partiyaya divident gətirməlidir. Mən meydanların əleyhinə deyiləm, amma gücümüzə adekvat addım atmağın tərəfdarıyam. Biz əgər meydana 50 min adam çıxarda bilsəydik, o zaman hər şey başqa cür olardı. Yoxsa, Mozambikdə inqilab baş verərsə bunun bizə aidiyyəti yoxdur”.

S. Əlisoy əlavə edib ki, rayon təşkilatlarında saf-çürük edilməlidir: “Kiminsə dostluğuna, qohumluğuna görə partiya qurmamalıyıq. Biz saxtakarlığa getməməliyik, şəffaf olmalıyıq. Hər ay toplanan pulların, ianələrin hesabatını hər bir müsavatçı bilməlidir. Biz yerlibazlıqla məşğul oluruq. Amma Müsavat heç kimin şəxsi partiyası deyil. Hesab edirəm ki, bu qurultaydan sonra yenilənmə aparılmalıdır. Bəzi dostlarımız şəxsi maraqlarından, təkəbbüründən əl çəkməlidir”.

Başqanlığa namizəd Müsavat strukturlarına namizədlərin çox olmasının tənqid edib.

***

“Bu gün vida qurultayı deyil, vəfa qurultayıdır. Biz bu gün toplaşmışıq ki, İsa Qəmbərə vəfamızı nümayiş etdirək”.

Publika.az xəbər verir ki, başqanlığa namizəd Qubad İbadoğlu partiyanın VIII qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, seçkinin nəticəsindən asılı olmayaraq Müsavat bütöv olaraq qalacaq: “Biz yenə də bir yerdə olacağıq, mübarizə aparacağıq. İnanıram ki, biz sizinlə birgə Müsavatı gücləndirməklə irəliyə gedəcəyik”.

***

“Azərbaycanda başlayacaq avrointeqrasiya mübarizəsinin önündə başqa namizədlərin deyil, mənim getməyim Müsavatın və Azərbaycanın mənafeyinə uyğundur”.

Publika.az xəbər verir ki, başqanlığa namizəd Arif Hacılı partiyanın VIII qurultayında çıxışı zamanı deyib.

A. Hacılı qeyd edib ki, onun 25 illik siyasi təcrübəsi buna imkan verir: “Bu 25 ildə siyasi fəaliyyətim, təcrübəm, partiya təşkilatçılığındakı vərdişlərim və bir çox üstünlüklərim mənim başqan olmaq imkanlarımı artırır. Mənim seçki platformam Məmməd Əmin Rəsulzadənin sözləri ilə başlayır. Mən başqan olacağım təqdirdə nə ölüm, nə də milyardlar məni bu yoldan döndərə bilməyəcək”.

A. Hacılı İsa Qəmbərə başqanlıq müddətindəki fəaliyyətinə görə təşəkkür edib.

“Mən 25 ildir İsa Qəmbərlə eyni yolu gəlirəm. Mən hələ gənc yaşlarımda siyasətə başlamışam. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin silahdaşı olmuşam. Həm də təşkilatımızı yeniləşdirməli, inkişaf etdirməliyik. Biz qalib gəlmək üçün partiya strukturlarımızı möhkəmləndirməliyik”, -deyə o bildirib.

A. Hacılı digər namizədləri də qiymətləndirib: “Müsavat başqanlığına namizədlərin hər biri layiqdir. Qubad İbadoğlu ən görkəmli iqtisadçıdır, Tural Abbaslı mübariz gəncliyin önündə gedən şəxsdir. Ola bilsin ki, Səxavət Əlisoysla bəzi fikirlərimiz üst-üstə düşmür. Amma onun mübarizəsi məni ona hörmət etməyə məcbur edir. Mən nəticənin nə olmasından asılı olmayaraq, hər bir namizəd qucaqlamağa, yolumuza birgə davam etməyə hazıram”.

***

“Müsavatda ötən qurultaydan sonra ən çox şikayət ərizələri gənclər tərəfindən daxil olunub”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Əlövsət Talışxanlı deyib.

MTK sədri ötən qurultaydan bu günə qədər görülən işlərdən danışıb. Bəzi rayon təşkilatlarında nöqsanların olduğunu bildirib.

İsa Qəmbər isə MNTK-ya irad tutub: “MNTK-nın fəaliyyəti istənilən səviyyədə olmayıb. Bundan əvvəlki qurultaya qədər müəyyən işlər görülüb. Lakin son illər demək olar ki, heç bir iş görməyib. Buna görə də, qurultay nümayəndələrindən xahiş edirəm ki, seçimdə xüsusilə MNTK-nın heyətinə diqqət yetirin. Öz vaxtını burda sərf etmək istəməyənlər bu qurumda olmamalıdır. Elələri var ki, adı burdadır, özündən xəbərimiz belə yoxdur”.

Daha sonra MNTK-nın heyətinə namizəd olanların siyahısı açıqlanıb.

Qeyd edək ki, MNTK-nın heyəti 30 nəfərdir. Lakin Aqil Həsənov MNTK namizədliyini geri götürdüyü üçün bu say 29-a enib. Asif

******

İsa Qəmbər 2018-ci il prezident seçkilərinə namizəd olub.

Müsavat Partiyasının VIII qurultayında özəl qətnamə səsə qoyulub və yekdilliklə qəbul olunub.

Publika.az xəbər verir ki, qəbul olunan qətnaməyə görə, 2018-ci ilin oktyabrında keçiriləcək prezident seçkisində Müsavatın namizədi bu gün səlahiyyəti başa çatan beşinci başqan İsa Qəmbər olacaq.

İsa Qəmbər qurultaya təşəkkür edərək bu missiyanı öz üzərinə götürməkdən qürur duyduğunu deyib.

O, qurultay nümayəndələrinin ən düzgün seçim edəcəyinə inandığını deyib.

******************************

Publika.az xəbər verir ki, Müsavatın VIII qurultayı maraqlı anlarla yadda qalır.

Əvvəlcə İsa Qəmbər çıxış edərək Müsavatın tarixindən, həmçinin özünün başqan olduğu 22 ildən danışıb.

Qurultay nümayəndələri İsa Qəmbəri gurultulu alqışlarla qarşılayıb. Bu vaxt Müsavat Divanının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu yerindən atmaca ataraq, “Gəlin İsa bəyi yenidən başqan seçək, daha 8 saat burda gözləmək” deyib. Onun bu sözləri dəstəksiz qalmayıb.

Qurultayda diqqətçəkən məqamlardan biri də başqanlığa namizəd olan Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy və Tural Abbaslının eyni yerdə əyləşməsidir. Qurultayın birinci hissəsi sona çatıb. İkinci hissədə yeni başqan seçiləcək.

****

“90-cı illərdə Müsavatın ağsaqqalları başqanlığı mənə təklif etdilər, mən də qəbul etdim. Artıq 22 ildir bu vəzifədəyəm. Bu illər ərzində bizə tutulan əsas irad hakimiyyətə gələ bilməməyimizdir. Düzdür, biz bunu bacarmadıq. Amma bizdən başqa digər qüvvələr də bunu bacarmadı. Çünki şərtlər buna imkan verməyib”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı İsa Qəmbər partiyanın VIII qurultayında başqan kimi son çıxışı zamanı deyib.

Daha sonra İ. Qəmbər 1993-2003-cü il hadisələrini xatırlayaraq bir qədər kövrəlib: “Biz heç vaxt separat danışıqlar aparmamışıq, bundan sonra da aparmayacağıq”.

İ. Qəmbər başqanlıqdan getməyini demokratik nümunə adlandırıb. Bildirib ki, hər kəs Müsavatdan nümunə götürməlidir.

Qeyd edək ki, Müsavat qurultayı davam edir. Başqanlığa və digər strukturlara seçkilər günün ikinci yarısı keçiriləcək.

******

Publika.az xəbər verir ki, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilən qurultayda 440-dan artıq iştirakçı var.

Müsavat başqanı İsa Qəmbər qurultayda çıxışı zamanı partiyanın tarixinə, siyasi fəaliyyətinə toxunub.

İ. Qəmbər bildirib ki, başqa partiyalara xüsusi dəvət göndərilməyib: “Biz düşündük ki, dostlarımız öz istəkləri ilə bizim qurultaya qatılacaq”. Qeyd edək ki, qurultayda AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli iştirak etmir. Daha sonra seçki komissiyasının siyahısı səsə qoyulub.

İ. Qəmbər bildirib ki, başqanlığa namizədlərin təklifi ilə komissiya 15 nəfərdən təşkil olunub. “Komissiyada seçki təcrübəsi olan Gülağa Aslanlı və Mirbaba Babayev var. Onlar Məclis üzvlüyünə namizədliyini geri götürərək komissiyada təmsil olunmağı seçiblər”, - deyə İ. Qəmbər bildirib. Daha sonra qurultayda gərginlik yaranıb. Buna səbəbsə bəzi qurultay nümayəndələrinin şəxsiyyət vəsiqəsinin olmamasıdır.

Gülağa Aslanlı tribunaya çıxaraq bildirib ki, sənədi olmayanların sayı 6 nəfərdir. “Mən onları şəxsən tanıyıram, təklif edirəm ki, onlara mandat verək”. İ. Qəmbər də bununla razılaşıb. Bildirib ki, biz bir-birimizə etimad göstərməliyik.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm