Nida.az
Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək
Oktyabrın 1-dən 5-dək Qəbələ rayonunda “Nifrət nitqinə yox
hərəkatı” Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi
çərçivəsində Xarici İşlər, Gənclər və İdman nazirliklərinin,
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının
(ARGTMŞ), Avropa Şurasının, Avropa Şurasının Gənclər
Departamentinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
ARGTMŞ-dan AzərTAc-a bildiriblər ki, Forumda Avropa Şurasının üzvü olan 47 ölkədən 250-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.
Forumun açılış mərasimi oktyabrın 2-də Qəbələdəki Heydər Əliyev
Konqres Mərkəzində olacaq.
Mərasimdə Azərbaycan hökumətinin və Avropa Şurasının yüksək
səviyyəli rəsmilərinin iştirak edəcəkləri gözlənilir.
Forumun məqsədi “Nifrət nitqinə yox hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə tövhə verməkdir.
Tədbirdə nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələrdə iştirakçıların fikirləri və təklifləri dinləniləcək.
Forumun gedişatını onun rəsmi saytı www.nohateforum.az, kampaniya haqqında məlumatı isəwww.nohatespeechmovement.org ünvanından əldə etmək mümkündür.
“Nifrət nitqinə yox hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir.
ARGTMŞ “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir.
Şura 2013-cü ilin aprelindən Avropa Şurasının “Nifrət nitqinə yox hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunların sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən gənclər həftəsi, “Nifrət nitqinə yox hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...