Nida.az
NİDA-çılar Prezident İlham Əliyevdən əfv dilədi - SİYAHI
Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər.
Publika.az xəbər verir ki, müraciətdə deyilir:
Hörmətli cənab Prezident!
Biz həbsdəki “Nida”çılar düşünürük ki, Azərbaycanın hazırkı
dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə
edə bilərik.
Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin
fəallığının boşa xərclənməsi demək olardı.
Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin
Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim
azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi
verəcəksiniz.
Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə
daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət
qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində
gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra
dəyərləndirmələr aparmışıq.
Hörmətli cənab Prezident!
Biz gənclər bütün bilik və bacarığımızı müstəqil
Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik.
İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə
edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar
verəcəksiniz.
Rəşadət Axundov
Rəşad Həsənov
Zaur Qurbanlı
Üzeyir Məmmədli
Məmməd Əzizov
İlkin Rüstəmzadə
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ