"Xaricdən gələn informasiyalara duruş gətirən sistem formalaşdıra bilməmişik"
Bizi izləyin

Nida.az

"Xaricdən gələn informasiyalara duruş gətirən sistem formalaşdıra bilməmişik"

"Biz xaricdən gələn informasiyalara duruş gətirə bilən sistem formalaşdıra bilməmişik". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"nd



"Biz xaricdən gələn informasiyalara duruş gətirə bilən sistem formalaşdıra bilməmişik". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

Millət vəkilinin fikrincə, informasiya azadlığı müsbət tərəfləri ilə yanaşı, bir sıra təhdid və təhlükələrə də gətirib çıxarır.

Azərbaycandan Suriyaya gedənlərlə bağlı bəzi fikirlərlə razı olmadığını deyən Ə.Hüseynli hesab edir ki, məsələyə yalnız bir nöqtədən yanaşmaq onun həllinə kömək etməyəcək: "Məsələnin kökündə onların buna pul və din naminə getmələri durmur. Biz məsələni müəyyən çərçivəyə salmamalıyıq. Necə olur ki, xaricdən gələn informasiya gənclərə təsir edərək cəmiyyəti təhdid edə bilir, amma bizim yaydığımız informasiyalar edə bilmir? Deməli, biz bunu bacara bilmirik və deməli, onların informasiyası daha təsirlidir".

Komitə sədri qeyd edib ki, bunun üçün Azərbaycanda mövcud informasiya sistemində düzəlişlər edilməlidir: "Biz o xaricdən gələn informasiyalara duruş gətirə bilən sistem formalaşdıra bilməmişik. Televiziyalar və ya digər KİV-lər müəyyən mövzulardan kənara çıxa bilmirlər. Bu səbəbdəndir ki, gənclərin çoxu yerli televiziyalara baxmırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm