ATƏT rəsmiləri təmas xəttinə gedir
Bizi izləyin

Nida.az

ATƏT rəsmiləri təmas xəttinə gedir

Ermənistanla Azərbaycanın təmas xəttində monitorinq keçiriləcək.Publika.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm