Nida.az
İlham Əliyev BMT İnkişaf Proqramının rəhbərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğuladı.
Xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.
Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğuladı. Xanım Helen Elizabet Klark təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.
-
Magazin104:44
Gülüstan Əliyevanın arxiv görüntüləri yayıldı - VİDEO
-
Avropa04:14
Sunak Netanyahu ilə DANIŞDI: "İran çox səhv hesablama aparıb"
-
Sosial01:11
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Magazin100:45
Nigar Camaldan dərin sinə dekoltesi - FOTO
-
Cənubi Qafqaz00:30
Tbilisidə həbs dalğası başladı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu, bəd hadisələrə səbəb ola bilər
-
Sosial00:00
Həmcinsi ilə evlənən azərbaycanlı jurnalist DANIŞDI: "Utanmalıyam?" - FOTO
-
Yaxın Şərq16 Aprel 22:24
İsrail ölkə ərazisinə düşən raketlərin SAYINI AÇIQLADI