Nida.az
Rusiyalı ekspert: “Vaşinqton Azərbaycan ərazisində yeni dövlət yaradacaq”
“Vaşinqton Cənubi Qafqazda yeni kiçik dövlətin yaranması üçün Dağlıq Qarabağın müstəqilliyini tanımaq kursunu dəstəkləyəcək”.
Publika.az xəbər verir ki, bu iddia ilə rusiyalı
politoloq Qriqori Trofimçuk çıxış edib.
Onun sözlərinə görə, ABŞ Qarabağda güclənmək üçün Ermənistanla münasibətləri yaxşı səviyyədə saxlamağa çalışır.
“Azərbaycanda Rusiyanın təsir dairəsi güclənəcəksə, Vaşinqton buna
gedəcək. Beləliklə, Bakı ABŞ-ın təsirinə düşəcək və bu, yüz illərlə
davam edəcək. Azərbaycanın Qarabağa qayıdışla bağlı bütün ümidləri
itəcək, eyni zamanda, Ermənistan-ABŞ adlı yeni dost cütlüyü
yaranacaq”, - deyə o bildirib.
Rusiyalı politoloq əlavə edib ki, Qərb post-sovet məkanında xırda
dövlətlərin yaranmasında maraqlıdır: “Bu gün nə Gürcüstan, nə
Moldova, nə də Ukraynanın bütövlüyünə Qərb çalışmır. Lakin yeni
oyun qaydaları müəyyənləşir. Qərb Cənubi Qafqazda “Böyük
Azərbaycan”, “Böyük Gürcüstan”nın olmasına çalışacaq, Krımdan sonra
hər kəs buna inanacaq. Məqsəd Rusiyanı çökdürməkdir. Lakin sonrakı
proseslər bu ölkələr üçün yaxşı heç nə vəd etmir”.
Onun sözlərinə görə, Qərbin strateji planlarında Cənubi Qafqaz əsas
yerlərdən biridir.
Asif
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO