Nida.az
Rasim Musabəyov: “İranın Xəzərdəki iddiaları həddindən artıq böyükdür”
“Xəzərin statusu probleminin həll olunmamasında əsas səbəbkarlardan biri İrandır. İranın iddiaları həddindən artıqdır, sovetlərin vaxtında Tehran dənizin 9-10 faiz hissəsinə nəzarət edirdisə, hazırda onun nəzarət etdiyi ərazilər 20 faizdir”.
Publika.az xəbər verir ki, bu barədə millət vəkili, politoloq Rasim
Musabəyov politrus.com saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, maraqlısı odur ki, İranın Xəzərdəki iddiaları
Rusiya və Qazaxıstan sektoruna yox, Azərbaycan və Türkmənistan
sektorunda yönəlib: “Buna görə yekun razılıq əldə olunmur.
Həmçinin, indiyə qədər bir sıra səbəblərdən Azərbaycanla
Türkmənistan öz maraqlarını ayıra bilmir. Yəni Xəzərin cənubunda
maraqların bölünməsindəki problem qalır ki, bu da Azərbaycan üçün
sözsüz ki, aktualdır. Hesab edirəm ki, bu məsələ Türkmənistan üçün
də aktual olaraq qalır”.
R. Musabəyov qeyd edib ki, bununla belə problemin sülh yolu ilə
həll edilməsi prioritetdir. Onun fikrincə, Azərbaycan və digər
sahil ölkələr üçün Xəzərə azad çıxış əhəmiyyətlidir: “Rusiya
kifayət qədər sərbəst şəkildə bu məsələni həll edirdi, hansı ki,
kimi buraxmaq lazımdır, kimi yox. Mən Volqa-Don kanalı və Volqa ilə
Don çaylarını nəzərdə tuturam. Əgər bu bu məsələdə müəyyən
qaydalara əməl ediləcəksə, o zaman müvəffəqiyyət əldə
olunacaq”.
Qeyd edək ki, Xəzərin bölünməsində problem qalır. Sentyabrın 29-u
Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyevin və digər sahil
ölkələrin liderlərinin iştirak etdiyi Xəzər sammitində bu məsələ
yenidən qaldırıldı və problemin həlli üçün gələcəkdə əməkdaşlıq
vurğulandı.
Asif
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO