Nida.az
İlham Əliyev Almaniya və Koreya prezidentinə məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, dövlət başçısı milli bayram münasibətilə hmkarını təbrik edib.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf yolundadır. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də Avropa strukturları çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iqtisadi, humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm".
Dövlət başçısı Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyi də təbrik edib.
Məktubda qeyd olunur: "Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza isə daim əmin-amanlıq və rifah arzulayıram".
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi