Nida.az
Milli Şuradan KXCP-yə sərt ittiham: “Mirmahmud bəyə dəvətnamə göndərməliydik?”

Milli Şura KXCP sədri Mirmahmud Mirəlioğlunu təyin olunan
mitinqdən xəbərsiz olduğuna görə ittiham edib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal
Publika.az-a açıqlamasında deyib ki, Mirmahmud
Mirəlioğlunun danışmağa haqqı yoxdur: “Ona görə xəbəri yoxdur ki,
Mirmahmud bəy Koordinasiya Mərkəzinin son bir neçə iclasında
iştirak etmir. İclasların keçirilməsi haqqında mərkəzin hər bir
üzvünə bir gün öncədən sms-lə vaxtı, yeri və müzakirə olunacaq
məsələlər haqqında məlumat verilir. Mirmahmud bəyə də məlumat
verilir, lakin o, iclaslarda iştirak etmir. İndi durub xəbərim
yoxdur deyirsə, problem özündədir. Bu qərar Koordinasiya Mərkəzində
verilib, o da iştirak edəydi, biləydi. Bundan başqa, qərarla bağlı
mətbuat hər gün yazır. Adama deyərlər, bilmirsən, oxu, öyrən. Yox
istəmirsənsə, belə deməyə də haqqın yoxdur. Mirmahmud bəyə mitinqə
gəlməsi üçün dəvətnamə göndərməliydik? Biz mitinq keçirdirik, toy
yox. Ona görə də, onun heç nə deməyə haqqı yoxdur".
V. Mirkamalın ittihamlarını KXCP sakit qarşılayıb. M. Mirəlioğlunun müavini, Milli Şuranın keçmiş üzvü Xəzər Teyyublu Publika.az-a bildirib ki, bütün bu məsələlər KXCP üçün o qədər də əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, M. Mirəlioğlu atdığı addımları, dediyi sözləri düşünərək edir: “Əslində, mitinq qərarının verildiyi iclasda iştirak etməyibsə, deməli, Mirmahmud bəy nə bu məsələdən xəbərdar olmağa borcludur, nə də bu qərarı dəstəkləməyə”.
Asif Nərimanlı

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi