Keçmiş müşavir Arif Hacılını başqan olaraq qəbul etmir - Açıqlama
Bizi izləyin

Nida.az

Keçmiş müşavir Arif Hacılını başqan olaraq qəbul etmir - Açıqlama

Müsavatın keçmiş başqanı İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik yeni başqan Arif Hacılını başqan olaraq qəbul etmir.


H. Məlik Publika.az-a açıqlamasında deyib ki, hər şey oktyabrın 6-da həll olunacaq.

Qeyd edək ki, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu tərəfdarları ilə birlikdə oktyabrın 6-da partiya qərargahında görüş keçiriləcək.

“Mən partiya sıralarından istefa vermişəm, amma müsavatçı olaraq qalıram. Müsavatçılıq rəsmi yox, ürəkdə olan məsələdir. Mən Qubad bəyi dəstəkləyirəm və bilirəm ki, yeni başqan ədalətli olmayan seçkidə qalib gəlib. Oktyabrın 6-da qərargahda toplaşacağıq, hər şey orda bəlli olacaq. Ona qədər ətraflı danışmaq istəmirəm.

Qeyd edək ki, Hüseyn Məlik müşavirlikdən çıxarılanda özünün “Facebook” səhifəsində qurultaya kimi aktiv fəaliyyətini dondurduğunu və istədiyi namizəd başqan seçilməzsə, Müsavat Partiyasından istefa verəcəyini bəyan etmişdi.

H. Məlik istəmədiyi başqan seçildiyi üçün qərarının qüvvədə qaldığını deyib. Lakin o, hər şeyi məlum toplantıya saxladığını açıqlayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm