Nida.az
“Deutsche Welle”: “Postsovet məkanı parçalanır, ən unikalı Bakının seçimidir”

Avropa seçimi postsovet məkanında parçalanmanı
dərinləşdirir.
Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşri keçmiş
SSRİ respublikalarının seçimini şərh edib.
Nəşr yazır ki, postsovet məkanında əsas qırılma nöqtəsi Avropa və
Rusiya arasındakı seçimdə önə çıxır.
Avropa Komissiyasının “Avropa Birliyinin qonşuluq siyasətinin
barometri – “Şərq Əməkdaşlığı”” sorğusu
bunu əyani sürətdə göstərir. Sorğuya görə, əsas parçalanma
Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və
Ukraynadadır.
Nəşr yazır ki, sorğuda ən çox Azərbaycanda demokratiyanın inkişaf
etdiyini düşünənlər var.
Moldova: respondentlərin 16 faizi hesab edir ki,
onların ölkəsində demokratiya inkişaf edir.
Ukrayna: bu ölkədə demokratiyanın inkişafını
düşünənlər 22 faizdir.
Gürcüstan: 30 faiz belə düşünür.
Belarus: demokratiyanın inkişafını düşünənlər 48
faizdir.
Rusiya: bu ölkədə 54 faiz belə düşünür.
Azərbaycan: respondentlərin 56 faizi ölkədə
demokratiyanın inkişaf etdiyini düşünür.
Ermənistan: cəmi 11 faiz insan ölkəsində
demokratiyanın inkişaf etdiyini hesab edir.
Rusiyalı politoloq Andrey Okara bu ölçüləri əhəmiyyətli dərəcədə
parçalanma ilə izah edir.
“Faktiki olaraq bu, Avropa və Avrasiya dəyərləri arasındakı fərq
deyil. Bu, açıq və qapalı cəmiyyətlərin dəyərləndirməsidir. Misal
üçün, Rusiyada dəyərlərin müəyyən modeli özünü araya soxur,
həmçinin açıq cəmiyyətə nifrət də var”, –
deyə rus politoloq qeyd edib.
Ukraynalı publisist Mikola Ryabçuk isə düşünür ki, Avropa Birliyi
ilə Assosiativ Sazişi imzalayan Gürcüstan, Moldova və Ukraynadan,
eləcə də Avropa Birliyi ilə müəyyən əməkdaşlıqları genişləndirən
digər ölkələrdən fərqli olaraq Rusiya və Rusiyapərəstləri dünya ilə
eyniləşdirmək doğru deyil.
Nəşr sorğu keçirilən ölkələrin hər birinin milli mentalitetinə
toxunaraq yazır ki, misal üçün, Belarus və Ermənistan kimi
ölkələrdə sovet nostaljisi hələ də qalır. Onlar üçün ən yaxşı seçim
Rusiyadır. Ukrayna, Gürcüstan və Moldova isə Avropa seçimini daha
çox strateji baxımdan edirlər. Bu isə onların cəmiyyətində ikiyə
bölünməni sürətləndirir.
Azərbaycan – bu ölkə bir qədər fərqlidir.
Nəşrə görə, Azərbaycan cəmiyyəti unikal mentalitetə sahibdir.
Dövlət səviyyəsində Avropa və Rusiya ilə eyni məsafəli siyasət
aparılır. Bu, cəmiyyətə də sirayət edir. Bəzi dəstəkçilərin
olmasına baxmayaraq, cəmiyyətin əksər hissəsi tərəflər arasında
məsafə siyasətini dəstəkləyir və daha çox xeyrin gəldiyi tərəfə
üstünlük verirlər. Bu da zaman-zaman bu tərəfdən o biri tərəfə
doğru dəyişmə tendensiyası ilə müşahidə olunur.
“Lakin ümumi mənzərədə postsovet məkanı seçimlər arasında
parçalanıb. Burda cəlbedici Avropa seçimi və təzyiq edən Rusiya
var”, – deyə nəşri qeyd edir.
Asif Nərimanlı

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı