Minsk görüşü ərəfəsi Nikolay Bardyuja cəbhədə nə axtarır?
Bizi izləyin

Nida.az

Minsk görüşü ərəfəsi Nikolay Bardyuja cəbhədə nə axtarır?

Ermənistanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bardyuja Azərbaycan-Ermənistan təmas xəttinə baş çəkib.

Publika.az “Ria Novosti”yə istinadən xəbər verir ki, KTMT sədrini erməni müdafiə naziri Seyran Ohanyan müşayiət edib.


N. Bardyuja sərhəddə yerləşən döyüş postlarındakı vəziyyətlə tanış olub.


Qeyd edək ki, Nikolay Bardyuja ilk dəfədir ki, Ermənistan-Azərbaycan sərhədinə gəlib.


Bu səfər son proseslər baxımından diqqət çəkir. KTMT hazırda Moskvanın da o qədər əhəmiyyət vermədiyi təşkilatdır. Belə ki, Kreml qurumun NATO-ya alternativ olmadığını düşünür. Bu üzdən də Avrasiya İttifaqı çərçivəsində yeni bir hərbi ittifaq yaratmaq niyyətindədir. Lakin Yerevan üçün KTMT xilas yoludur. Belə ki, bu ölkənin müharibə ola biləcəyi təqdirdə hüquqi müstəvidə güvənə biləcəyi əsas təşkilat KTMT-dir. Hətta Kremlin bir müddət öncə "Azərbaycanla Ermənistan arasında müharibə olarsa, KTMT müdaxilə etməyəcək" açıqlaması Ermənistanda təşvişlə qarşılanmışdı.


Oktyabrın 10-da Minskdə Avrasiya İttifaqının növbəti iclası keçiriləcək. Hansı ki, Ermənistanın ittifaqa daxil olub-olmaması məsələsi bu iclasda həll oluna bilər. Yəni Yerevan üçün Minsk görüşü taleyüklü məsələdir. Bu iclas ərəfəsi KTMT-nin cəbhəyə gəlməsi də diqqətçəkəndir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm