Nida.az
Müsavat parçalanacaq - İDDİA
"İsa Qəmbər 450 nəfərlik bir qurultayı normal şəraitdə keçirib başa çatdıra bilməyən adamdır. Özünü də demokrat kimi təqdim edirdi. Müsavat parçalanacaq". Bu bəyanatla BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı çıxış edib. Onun sözlərinə görə, Müsavat partiyasının qurultayından sonra baş verən son hadisələr göstərdi ki, sən demə, bu partiyanın rəhbərliyində olan insanların böyük əksəriyyəti hakmiyyətə işləyən adamlar imiş:
”Müsavatın rəhbərliyində olan şəxslərin böyük əksəriyyəti
hakimiyyətə işləyirmiş. Bunu başqanlığa namizəd Qubad İbad oğlu ilə
başqan müavini Gülağa Aslanlının bir-birinə olan ittihamında açıq
səsləndirdilər. Özlərinin dedikləridir bu. İsa Qəmbər 22 ildir ki,
YAP hakimiyyətini ittiham edirdi ki, seçki ədalətli keçirilməyib və
saxtakarlıq olub, ölkədə indiyə qədər demokratik seçki mühiti
olmayıb və s. Bu gün isə məlum oldu ki, heç İsa Qəmbər 450 nəfərlik
bir qurultayı normal şəraitdə keçirib başa çatdıra bilməyən, Qubad
İbad oğlunun dili ilə desək, qurultayda ədalətli seçki mühitinin
olmasını təşkil edə bilməyən qabiliyyətsiz adam imiş. Özləri bəyan
edirlər ki, saxtakarlıq o həddə olub ki, qurultaya Müsavatın Samux
rayon təşkilatının adından Gəncədən nümayəndə göndəriblər. Bütün
bunlar onu göstərdi ki, İsa Qəmbərin özü saxtakar, demokratik
prinsiplərdən kənar adamdır, 22 ildir boş-boş danışırmış".
BAXCP sədrinin müavini faktiki Müsavat partiyasının parçalandığını
dedi və yaxın zamanlarda bunun rəsmiləşəcəyini qeyd etdi: ”Artıq
Müsavatın parçalanması göz qabağındadır. Demək olar ki, Müsavat
"facebook" sosial şəbəkəsində parçalanıb. Hər gün Arif Hacılı
tərəfdarları ilə Qubad İbad oğlu tərəfdarları bir-birini təhqir
edir, nifrət püskürür. Yaxın zamanlarda partiya rəsmən
parçalanacaq".
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...