Gənc deputat Suriyada döyüşənlərə “cinayətkar” deyilməsinə qarşı çıxdı
Bizi izləyin

Nida.az

Gənc deputat Suriyada döyüşənlərə “cinayətkar” deyilməsinə qarşı çıxdı

Onların bəziləri şəxsi döyüş hünərlərini Azərbaycanda göstərə bilmədikləri üçün gedib xaricdə döyüşürlər. Döyüş zonasından qayıdan istənilən adamın psixoloji problemləri olur

“Azərbaycanda fəaliyyət göstərən dini icmalarla maarifləndirici və profilaktik işlər aparılmalıdır”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Abbasov bildirib.

Onun sözlərinə görə, həmin dini icmalarla görkəmli şəxslər və ziyalılar da birbaşa təmasda olmalıdır: “İndi Azərbaycan dövləti stabil inkişafdadır. Bizim Dağlıq Qarabağ problemimiz var. Əsas məqsədimiz də bu problemin həllinə yönəlməlidir. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində dini icmalarla da yaxından iş aparılmalıdır ki, gənclərimiz də muzdlu formada xarici ölkələrdə gedən döyüşlərdə iştirak etməsin. Həmin gənclər arasında öz dini inanclarına görə döyüşənlər var. Onların bəziləri şəxsi döyüş hünərlərini Azərbaycanda göstərə bilmədikləri üçün gedib xaricdə döyüşürlər. Döyüş zonasından qayıdan istənilən adamın psixoloji problemləri olur. Hesab edirəm ki, bu cür adamlarla profilaktik işlər aparılmalıdır. Bu insanlara terrorçu demək, daş-qalaq etmək də doğru deyil. Onlara cinayət işinin açılması da doğru deyil. Çünki dəqiq demək olmaz ki, onlardan hansı biri döyüşlərdə iştirak edib və ya bu döyüşdə kim cinayətkar sayılır və sairə. O adamlardan eləsi var ki, Suriyaya gəzmək üçün gedir və sairə. Yəni, bu adamları indidən silib atmaq düzgün deyil. Bu adamlar Azərbaycanda cinayət törətməyiblər. Bu adamların Suriyada gedib cinayət törədib törətməməsini də dəqiq bilmirik. İstənilən halda bu adamlar bizim dövlətimizin övladlarıdır. Hesab edirəm ki, onlara kompleks şəkildə yanaşmaq lazımdır, maarifləndirmə işləri gücləndirilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm