Rasim Musabəyov: “İŞİD təhlükəsi Azərbaycana toxunmayacaq”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “İŞİD təhlükəsi Azərbaycana toxunmayacaq”

“Türkiyə-Suriya sərhədindəki gərginlik və İŞİD təhlükəsi Azərbaycana toxunmayacaq. O başqa məsələdir ki, bu qruplaşmanın tərkibində azərbaycanlılar da iştirak edir, lakin əgər önləyici tədbirlər görülməsə, bu təkcə Azərbaycan deyil, bütün ölkələr üçün təhlükədir”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, İŞİD Türkiyəyə qarşı yeni müharibə cəbhəsi açacaq.


“Əslində Türkiyə bu proseslərə qoşulmağa o qədər də maraqlı deyil, digər tərəfdən, Qərb Suriyada İranla toqquşmamaq üçün kənarda dayanır. Belə bir vəziyyətdə Türkiyənin Suriyaya hərbi müdaxiləsi çətin məsələdir. Hesab edirəm ki, türk hökuməti bütün risklərə gedir, amma bu vəziyyətdə ekstremal olmaq da istəmir. Çünki Qərbə və başqa güclər istəyirdilər ki, Türkiyə Suriya hadisələrinə cəlb edilsin və orda dərinliyə batsın”, -deyə o bildirib.


R. Musabəyov Azərbaycanın Türkiyəyə dəstəyinə ehtiyac görmür: “Bizdən dəstək istəməyiblər və düşünürəm ki, öz problemlərimiz özümüzə bəs edər”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm