Rəsmi Bakı: Ermənilər bilməlidirlər ki, Dağlıq Qarabağın Azərbaycansız gələcəyi yoxdur
Bizi izləyin

Nida.az

Rəsmi Bakı: Ermənilər bilməlidirlər ki, Dağlıq Qarabağın Azərbaycansız gələcəyi yoxdur



Ermənilər özlərini aldatmamalı və bilməlidirlər ki, Dağlıq Qarabağın Azərbaycansız gələcəyi yoxdur. Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanla danışıqlarda konkretsizlik nümayiş etdirməsi Dağlıq Qarabağ probleminin həllində problem yaradır: "Bu gün problem Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası deyil. Problem Ermənistanın danışıqlarda lazım olan istiqamətdən qaçmasıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının gec-tez baş verəcəyini Ermənistan rəhbərliyi özü də yaxşı bilir. Onlar bilirlər ki, bu, bir gün mütləq olacaq. Sadəcə, Ermənistan rəsmiləri hazırda öz mənafeləri naminə "bu günlük yola vermək siyasəti"ni yürüdür. Bizim də məqsədimiz odur ki, beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraq ki, Ermənistan bu gün konkretlikdən qaçır".

E.Abdullayev qeyd edib ki, Ermənistanın ümumiyyətlə, münaqişənin həlli prosesində çaşqınlığı var. Hətta Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaması da ondan irəli gəlir ki, onu hansı hüdudlar çərçivəsində tanıyacağını bilmir: "Ermənistanın mövqeləri həm hüquqi, həm siyasi, həm də regiondakı liderliyi baxımından çox əsassız və zəifdir. Elə ona görə də Ermənistan danışıqlar prosesində ləngər vurur. Ermənistanın bu mövqesizliyi onu olduqca çətin vəziyyətə qoyur. Bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də yaxşı dərk edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm