Nida.az
Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı müzakirə olundu

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə muzeyin direktoru, Milli
Məclisin deputatı, akademik Rafael Hüseynov aktual mövzuya həsr
olunan kitabın əhəmiyyətindən danışıb.
Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabında Azərbaycanın
Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin kökləri araşdırılır. Müəllif çox sayda
ilkin mənbələr və elmi ədəbiyyat əsasında Dağlıq Qarabağın tarixin
ən qədim dövrlərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması
barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Kitab alimin
elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan
elminin böyük nailiyyətidir.
Digər çıxış edənlər də bildiriblər ki, akademik Ramiz Mehdiyevin
"Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasında Dağlıq
Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
kontekstində araşdırılıb. Əsərdə zəngin tarixi faktlar əsasında
mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Qarabağ
münaqişəsinin həlli yolunda məqsədyönlü surətdə törədilən süni
maneələrə də münasibət bildirilib.

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi