Nida.az
“Ermənistanla indiyə qədər yumşaq dildə danışmışıq”
“Ölkənin birinci şəxsi, Ali Baş Komandan tərəfindən
Ermənistana qarşı bu cür sərt mövqe sərgilənməsi vacibdir.
Ermənilər anlamalıdırlar ki, onların işğalı oldu-bitdi məsələsi
deyil və əvvəl-axır bunun cavabını verəcəklər”.
Bunu Publika.az-a açıqlamasında ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini üzvü, millət vəkili Fazil Mustafa Prezidenti İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin iclasında Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanda yaşanan köç Qarabağa görə bir gün cavab verməli olacaqlarını anlayan əhali qrupudur: “Prezidentin çıxışı siyasi mövqedir və bu doğrudur. Biz Ermənistanla indiyə qədər kifayət qədər yumşaq dildə danışmışıq. Artıq özümüzə güvənərək müəyyən addımlar atmalıyıq. Bu mövqeni hər bir azərbaycanlı dəstəkləyir”.
F. Mustafa qeyd edib ki, bu gün Azərbaycanın güclü iqtisadiyyatı və ordusu var.
“Azərbaycanın sərgilədiyi sərt mövqenin arxasında da bu iki amil
dayanır. Çünki Ermənistanda sosial vəziyyət bərbad gündədir və
Azərbaycanla müqayisə oluna bilməz. Bu bizim üstünlüyümüzdür. Lakin
geosiyasi vəziyyət hələ də əvvəlki olaraq qalır, hətta yeni
konfliktlər peyda olub. Regionda Azərbaycanın xeyrinə siyasi
mənzərə dəyişməyib”, - deyə millət vəkili bildirib.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK