“Radikal müxalifət hər şeyə getməyə hazırdır” – YAP rəsmisi
Bizi izləyin

Nida.az

“Radikal müxalifət hər şeyə getməyə hazırdır” – YAP rəsmisi

Çünki xalqından uzaq düşən, xalqın maraqlarına xidmət etməyən siyasi qrup hər zaman rəzil vəziyyətində qalır. Cənab prezidentin də bu barədə dediyi fikirlər tamamilə ictimai rəydə və mövqedə olan əhval-ruhiyyəni bir daha nümayiş etdirmiş oldu.

“Radikal müxalifətin bütövlükdə fəaliyyəti milli maraqlara ziddir”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı prezident İlham Əliyevin radikal müxalifətlə bağlı söylədiyi fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, radikal müxalifət sözün həqiqi mənasında Azərbaycanın milli maraqlarını tapdalamaqla öz çirkin niyyətlərini həyata keçirmək üçün hər şeyə getməyə hazırdır. M.Qurbanlı deyib: “Cənab prezidentin radikal müxalifətin fəaliyyətini tənqid etməsi və onların vicdanlarını satması, rəzil olması haqda dediyi fikirlər tamamilə ictimai rəyin qəbul etdiyi və müdafiə etdiyi bir fikirdir. Yəni, ictimai rəydə də müxalifətin radikal qanadı bütün hallarda Azərbaycan maraqlarına zidd fəaliyyət göstərən qrup kimi dəyərləndirilir. Ötən il keçirilən prezident seçkilərində də onların hərəkətləri, müəyyən xarici dairələrin əlində alətə çevrilməsi, zamanında Bakıda “Eurovision” yarışması keçirilərkən tutduqları mənfur mövqe, fəaliyyətləri zamanı yol verdikləri nöqsanlar, beynəlxalq təşkilatlarda Azərbaycanla əlaqədar saxta məlumatlar yayması, bir sıra hallarda erməni lobbisinin yedəyində getməsi, xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən ayrı-ayrı dairələrin qrantları hesabına Azərbaycan xalqının və millətinin aşağılanmasına yönələn hərəkətlərdə iştirak etməsi faktdır və ictimaiyyətə bəllidir. Azərbaycan ictimaiyyəti bütün bunları izləyir və ona görə də həmin müxalifətə yox deyib”.

YAP-çı deputat qeyd edib ki, radikal müxalifət həqiqi mənada rəzil vəziyyətə düşüb: “Çünki xalqından uzaq düşən, xalqın maraqlarına xidmət etməyən siyasi qrup hər zaman rəzil vəziyyətində qalır. Cənab prezidentin də bu barədə dediyi fikirlər tamamilə ictimai rəydə və mövqedə olan əhval-ruhiyyəni bir daha nümayiş etdirmiş oldu. Bu barədə cəmiyyətdə də fikir birmənalıdır. Çünki radikal müxalifət öz əməli ilə milli maraqlara zidd hərəkət edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm