Nida.az
Rəsul Quliyev pulu kəsdi, partiya dağılır

Gələcək Azərbaycan Partiyasında (GAP) parçalanma yaşanır.
Publika.az xəbər verir ki, partiyada qalmaqal sədr Ağasif Şakiroğlunun gənclərlə iş üzrə müavini Məhəmməd Əsədullayevi vəzifəsindən uzaqlaşdırmasından sonra başlayıb.
Oktyabrın 8-də partiyanın İdarə heyəti toplanıb və M. Əsədullayevi ümumiyyətlə GAP-dan uzaqlaşdırıblar. Ona qarşı əsas ittiham isə onun partiya daxilində “söz gəzdirməsidir”.
Ardınca partiyanın Gənclər Təşkilatının sədri Təbriz Mirzəyev vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra gənclər etiraza qalxıb və təşkilatın fəaliyyəti dayanıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, GAP-dakı parçalanma maliyyə məsələsi ilə bağlıdır.
Partiyadakı mənbə iddia edir ki, maliyyəni eks-spiker Rəsul Quliyevdən alan GAP rəhbərliyi etimadları doğrultmayıb. Belə ki, 5 aydan artıqdır təsir edilən partiyada təşkilatlanma işi yoxdur, həmçinin bəzi maaşlı işçilərin əmək haqları ödənmir.
Hazırda partiyanın qərargah problemi var, həmçinin rayon təşkilatlarının iclasda iştirakı üçün paytaxta səfəri maliyyələşdirilmir.
Qeyd edək ki, GAP yaranarkən arxasında Rəsul Quliyev, Əli İnsanov cə Hüseyn Abdullayevin olduğu deyilirdi.
Lakin həm partiya rəhbərliyi, həm də adı çəkilən şəxslər bunu təkzib edirdilər. GAP sədrinin Rəsul Quliyevin Azərbaycandakı rəsmi nümayəndəsi olması isə bu ehtimalları artırır.
Beş aydır yaransa da, ciddi fəaliyyəti ilə yadda qalmayan partiya dağıla bilər.
Asif

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi