Nida.az
Sergey Markov: “Yeddi rayon əvəzinə rəsmi Bakı Ermənistan üzərindən blokadanı götürür”
“Ermənistan Avrasiya İttifaqına qoşulur və Azərbaycan və
Türkiyə tərəfindən düşdüyü blokadadan çıxmaq üçün 7 rayonu
qaytarır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İctimai palatasının
üzvü, Dövlət Dumasının keçmiş üzvü, politoloq Sergey Markov
deyib.
Onun fikrincə, böyük güzəştlər üçün rahat siyasi vəziyyət tədricən
yaradılır: “Ermənistan Avrasiya layihələrinə qoşulur, bunun üçün
ona blokadadan çıxmaq lazımdır. Amma bu, faktiki olaraq
problemlidir. Lakin inanıram ki, güzəştlər olacaq və bu güzəştlərin
mahiyyəti təqribən bu cürdür: Ermənistan 7 rayonu qaytarır,
əvəzində Azərbaycan və Türkiyə blokadanı geri çəkir. Bu güzəştlər
hər iki tərəf üçün sərfəlidir. Lakin “DQR”-in statusu həll
edilmədiyi üçün bu, müvəqqəti qərardır. Bununla belə, Qarabağ
münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə müsbət danışıq və
razılıqlara əsas yaradır”.
Lakin politoloq bunun öz subyektiv fikri olduğunu qeyd edib.
Bildirib ki, tərəflərdən heç biri belə bir təklif irəli
sürməyib.
“Sadəcə olaraq, mən hesab edirəm ki, bunun üçün şərait yaradılır.
Bu, hələ ki erkən mərhələdir. Əvvəllər bunu nəzəri olaraq
deyirdilərsə, indi artıq praktiki olaraq mövcuddur”, - deyə
politoloq bildirib.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?