Qarabağ məsələsi Belçikada müzakirə oluna bilər
Bizi izləyin

Nida.az

Qarabağ məsələsi Belçikada müzakirə oluna bilər

Yaxın günlərdə Belçikada Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir.

Bu barədə Publika.az-a “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev məlumat verib.

Müzakirələrdə iştirak etmək üçün Belçikaya səfərinin planlaşdırıldığını vurğulayan R.Rzayev deyib ki, səfər çərçivəsində Belçika parlamentində də bir sıra görüşlərin keçirilməsi istisna deyil.

Onun sözlərinə görə, hazırda sözügedən səfərlə bağlı razılaşdırılma aparılır:

“Səfərimlə bağlı rəhbrəliklə müzakirələr aparılandan sonra dəqiq qərar veriləcək. Konkret qərar olandan sonra səfərin proqramı bəlli olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm