Milli Şura Müsavatın mitinqdə iştirakına qarşı çıxdı
Bizi izləyin

Nida.az

Milli Şura Müsavatın mitinqdə iştirakına qarşı çıxdı

Müsavat Məclisi Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqdə iştirakı müzakirə edib.

Publika.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılı bildirib ki, Müsavat həbsdə olanları birmənalı olaraq müdafiə etməli və onların azadlığa buraxılması üçün bütün səylərini birləşdirməlidir. Onun sözlərinə görə, mitinqlə bağlı Cəmil Həsənli ilə Gülağa Aslanlı arasında bir neçə dəfə telefon danışığı olub.

Müsavat funksioneri Gülağa Aslanlı isə bildirib ki, oktyabrın 11-də sonuncu dəfə Milli Şuranın sədri Cəmil Həsənli ilə danışıb və məlum olub ki, Milli Şura Müsavatın mitinqdə iştirakını istəmir: “Cəmil Həsənli bildirdi ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının iştirakı haqqında qərar gecikdiyinə görə, biz Koordinasiya Şurasının ayın 10-da iclasını keçirmişik. Qərara almışıq ki, mitinq zamanı tribunada yalnız MŞ-nin Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazırlanıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb. Mən də Cəmil bəyə bir daha bildirdim ki, biz Müsavat Məclisinin oktyabrın 11-də keçirilən iclasında mitinqlə bağlı müzakirə aparıb qərar verəcəyik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm