Daha bir istefa: “Müsavatçılara İqbal Ağazadəyə qulaq asdırmaq riyakarlıqdır”- Şok
Bizi izləyin

Nida.az

Daha bir istefa: “Müsavatçılara İqbal Ağazadəyə qulaq asdırmaq riyakarlıqdır”- Şok

Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas partiyadan istefa verir.

Publika.az xəbər verir ki, Ə. Abbas bununla bağlı yaydığı bəyanatda bildirib ki, istefasına səbəb partiyada ikiüzlülüyün olması, siyasi səviyyəsizlik, qaragüruhun hegemonluğudur: “2011-ci ilin yanvar ayında Müsavat Partiyasına daxil olmuşdum. 2013-cü ilin noyabrından isə Müsavat Gənclər Təşkilatının sədrliyini edirəm. Bildirmək istəyirəm ki, partiyadan ayrılmaqla bağlı qərarım var və qarşıdakı həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağam”.


Daha sonra Ə. Abbas onu buna vadar edən səbəbləri açıqlayıb. Bildirib ki, partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində Müsavatda hər-hansı normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb.

“Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meyilli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsi ilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir”, - deyə o bildirib.


Ə. Abbas qeyd edib ki, çoxlarınızın müşahidə etdiyi kimi bu gün Müsavatın idarəçiliyini aparan şəxslərin partiyanın müxtəlif səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır: “Bu gün Müsavat Partiyasını Əli Əliyevin, Əhməd Orucun və sairə hökumətin oyuncağı olan siyasi partiyaların tərəfinə dartılıb aparılır və artıq bizim buna qarşı durmaq imkanımız yoxdur. Əgər bir neçə il bundan öncə İqbal Ağazadə ilə müttəfiqlik onun hökumətə bağlı olması səbəbi irəli sürülərək etiraz edilirdisə, bu gün müsavatçılara onun çıxışını dinlətmək siyasi riyakarlıqdır. Səmimi şəkildə mübarizəyə qoşulmuş insanların üzərindən siyasi biznes qurulması prosesində hesab edirəm ki, iştirak etmək mənim öz dəyərlərimə xəyanətim olardı. Mən öz şəxsi mənafeyim naminə heç zaman mənə inanan, mənə güvənərək sədrlik səlahiyyəti verən dostlarımı kiminsə biznesi xatirinə qurban vermərəm. Və bu dediklərimin 2015 seçkiləri və ərəfəsində nə dərəcədə doğru olduğu anlaşılacaq”.


Ə. Abbas Müsavatdan kənarda öz mübarizəsini aparacağını açıqlayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm