Nida.az
İlham Əliyev Kommunist Partiyası üzvlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Vyetnam Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərin yüksək səviyyədə ilk rəsmi səfər olması baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin də Azərbaycan ilə Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi və əməkdaşlığımızın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh Azərbaycana ilk dəfə səfər etməsindən və Prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu bildirdi. Le Honq Anh Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğuladı. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama ilk rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafına böyük təkan verdiyini dedi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?