Dini Komitədən mitinqdəki İŞİD bayrağına reaksiya
Bizi izləyin

Nida.az

Dini Komitədən mitinqdəki İŞİD bayrağına reaksiya

“Belə bir halın müşahidə edilməsi yaxşı əlamət deyil. Amma bu, hansısa başadüşməzin, nadanın da səhv hərəkəti ol bilər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran dünən Milli Şuranın mitinqində İŞİD bayrağının dalğalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hansısa qüvvələr kənardan fitva verib İŞİD bayrağını ortalığa sala bilər: “Burada məqsəd ara qarışdırmaqdır. Azərbaycanda İŞİD-in mövqeyi, demək olar ki, yoxdur. Ölkəmizdə İŞİD mövqeli düşüncə sahiblərinin çox olması mümkün hadisə deyil.

Sadəcə, ara qarışdırmaq və təxribatdan başqa bir şey deyil. Hüquq mühafizə orqanları həmin şəxsləri tutub, onun barəsində, yəqin, məlumat verəcəklər və məsələlər Azərbaycan ictimaiyyətinə daha da aydın olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm