Nobelə layiqli namizəd
Bizi izləyin

Nida.az

Nobelə layiqli namizəd

Nüfuzlu Nobel mükafatının kimlərə və hansı ölkənin nümayəndələrinə veriləcəyi bütün dünyada hər il diqqətlə izlənir. Fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə verilən ödül Azərbaycan auditoriyasının da marağındadır. İndiyədək bir neçə azərbaycanlının adı mükafatın ədəbiyyat nominasiyasında çəkilsə də, heç bir yazıçımız sözügedən mükafata layiq görülməyib.

1895-ci ildə Alfred Nernard Nobelin vəsiyyəti əsasında təsis edilən bu mükafat dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilir.

Nobel mükafatının məbləği hal-hazırda təxminən 1 mln. 450 min dollara bərabərdir. Mükafatın gəlirlərinin əsas mənbəyi “Branobel” şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib.

Formalaşmasında Bakı neftinin müstəsna rolu olsa da, bu mükafatı ölkəmizə gətirə bilməmişik.
“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı “Azərbaycanı görün...” yazısında (http://publika.az/p/46740) bununla bağlı sual ünvanlayıb: “Görəsən, əsas maliyyə vəsaiti Bakı Neftinin hesabına formalaşmış Nobel mükafatına ölkəmizdən də kimsə layiq görüləcəkmi? Nə vaxtsa, nəhayət, bu ”tilsim" qırılacaqmı?"


A.Camalqızı hesab edir ki, ölkəmizdə məhz Nobel Sülh Mükafatını gətirəcək şəxsiyyət var: “Konkret olaraq, Sülh üzrə Nobel mükafatı ölkəsində və bütün dünyada Sülhün və Humanizmin bərqərar olunması naminə gərgin və səmərəli fəaliyyət göstərən şəxslərə təqdim olunur. Belə mühüm fəaliyyətlə məşğul olan şəxsiyyət isə Azərbaycanda var! Onu artıq bütün dünya tanıyır. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın regionda və dünyada Sülhün və Humanizmin qorunması yönündə çoxşaxəli fəaliyyəti böyük nüfuz sahibi olan ayrı-ayrı şəxslər, tanınmış institutlar, klublar tərəfindən yüksək qiymətləndirilib. Bunlar bəşəriyyətə və insanlığa böyük xeyir gətirən, insanlarda gələcəyə böyük ümid yaradan son dərəcə nəcib işlərdir.

Praqmatikliyi və bu keyfiyyətlə uzlaşan intellekti, qlobal düşüncə tərzi, yüksək mədəniyyəti, humanist fəaliyyəti onu bəşəriyyətin ən nəhəng mükafatı sayılan Nobel mükafatına addımbaaddım yaxınlaşdırıb. Mehriban xanım Əliyevanın təşkil etdiyi beynəlxalq tədbirlər, həyata keçirdiyi qlobal layihələrlə yanaşı, böyük maraq kəsb edən çıxışları da bütün dünyanın diqqət mərkəzindədir və yəqin ki, bütün nüfuzlu klublar kimi, Nobel Komitəsi də onun fəaliyyətini izləyir. Sülh üzrə Nobel mükafatına layiq görülənlərin işlərini diqqətlə izlədikdə görürük ki, onların əksəriyyətinin fəaliyyəti miqyas baxımından Mehriban Əliyevanın fəaliyyətinin yalnız bir hissəsi sayıla bilər. O, ölkəsinin və bəşəriyyətin qarşısında duran problemləri gözəl anlayır, araşdırır, çıxış yollarını arayır və var gücü ilə onların həllinə çalışır”.

Onun sözlərinə görə, ölkənin birinci xanımının fəaliyyətinin tərkib hissəsinə torpaqlarımızın Sülh yolu ilə azad olunması da daxildir. Mehriban xanımın Sülh üzrə Nobel mükafatına layiq görülməsi regionda ədalətli Sülhün bərpa olunmasına yardımçı ola bilər:

“Tarix göstərir ki, ədalətli sülhün əldə olunmasında Nobel Komitəsinin təltif etdiyi beynəlxalq qurumlar və ayrı-ayrı şəxslər bu mühüm missiyanı daşıya biliblər. Çoxşaxəli mütərəqqi fəaliyyət yönümü ilə Nobel Sülh Mükafatına layiq olan Mehriban Əliyevanın laureat olması üçün qarşımızda Vaxt, İmkan və Fürsət var!!!”

“Bu mükafatın tarixən maddi mənbəyi Azərbaycandır”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, Mehriban Əliyeva Nobel Sülh Mükafatına ölkəmizdə ən layiqli namizəd xanımdır.

Onun sözlərinə görə, Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılmasında misilsiz işlər görüb: “Eyni zamanda, Mehriban xanım dünya mədəniyyətinə göstərdiyi böyük etimad və yeni bir yanaşma tərzi ilə din və mədəniyyətlərarası dialoqun düzgün qurulmasında əvəzsiz xidmətlər göstərir. Bu gün Mehriban xanım Azərbaycan musiqisini, ədəbiyyatını və tarixini dünyaya tanıdır. Mehriban xanım hansı ölkəyə səfər edirsə, bütövlükdə orada Azərbaycanı tarixi və mədəniyyəti ilə təqdim edir. Bu yaxınlarda Fransa və İtaliyada səfərdə olarkən, Mehriban xanım Azərbaycanla bağlı tədbirlərdə iştirak edib və ölkəmizin tanıdılmasında mühüm rol oynayıb. Ona görə də çox istərdim ki, əgər gələcəkdə Azərbaycandan kiməsə Nobel Sülh Mükafatı təqdim olunarsa, bu, ilk növbədə Mehriban xanım Əliyeva olsun. Arzu edirəm ki, Mehriban xanım Əliyevadan sonra Azərbaycan ədəbiyyatını layiqli təmsil edən nümayəndələrimizə də bu mükafat verilsin. Onu da qeyd edim ki, Nobel Fonduna toplanan vəsaitlər Azərbaycan neftindən əldə edilən pullar olduğu üçün buna ən çox da Azərbaycandan olan şəxslər layiqdir. Çünki bu mükafatın tarixən maddi mənbəyi Azərbaycandır”.

“Mehriban Əliyevanın namizədliyi Nobel Komitəsinə təqdim olunmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif Hacıyevin sözlərinə görə, Azərbaycanın birinci xanımının adı Nobel Komitəsinə təqdim olunmalıdır: “Mehriban Əliyevanın fəaliyyəti göstərir ki, o, bu mükafata layiqdir. Milliyyətindən asılı olmayaraq, kimin nə dərdi, xahişi varsa, müraciət edir, o xanım da işinin çoxluğuna, xahişlərin çətinliyinə baxmayaraq, nə bacarırsa, hamısını edir. Mir Cəlal müəllimin nəvəsidir, ziyalı ailəsində böyüyüb. Mehriban xanım YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın nüfuzunun qaldırılmasında çox böyük rol oynayıb. Fransanın, İtaliyanın Azərbaycana münasibətini görürsünüzmü? Əvvəllər belə idimi? Düşünürəm ki, Mehriban xanım ölkəmizə Nobel Sülh Mükafatını gətirəcək ən layiqli namizəddir”.

“Gec də olsa, mövzu gündəmə professional şəkildə gətirilib”

“XXI əsr” Təhsil Mərkəzinin sədri, fəlsəfə elmləri namizədi, “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabının rəhbəri Etibar Əliyev qeyd edib ki, Mehriban Əliyeva həm regionda, həm də dünyada sülhün bərqərar olunması üçün xeyli sahədə işlər görüb: “Nobel Sülh Mükafatı əsasən sülhün və humanizmin bütün dünyada qorunması istiqamətində çox ciddi çalışan şəxslərə təqdim olunur. O şəxslərə ki, onlar təkcə sülhün və humanizmin praktik cəhətdən qorunması ilə yanaşı, konfranslar təşkil edir, bəşəriyyətə xeyir gətirə bilən müxtəlif ideyalarla çıxış edirlər. Bu keyfiyyətlər Mehriban xanımda var”.

Onun sözlərinə görə, elm və ədəbiyyat sahəsində kiminsə mükafata layiq görüləcəyini söyləmək bir qədər çətin olsa da, ancaq sülh sahəsində Azərbaycana Nobel gələ bilər.

“O, sülh üzrə Nobel mükafatına ən ideal namizəddir”

E.Əliyev vurğulayıb ki, Nobel Fondunun Bakı neftinin gəliri hesabına formalaşması önəmli faktorlardan biridir: “Ancaq bu ideya özü çox gözəl ideyadır. Təxminən 100 ildən çox müddətdə Nobel mükafatlarının təqdim olunması aktuallığını itirməyib. Bilirik ki, torpaqlarımızın 20 faizi işğal olunub, regionda sülhün əldə olunması və qorunması üçün mütləq nüfuzlu şəxslər bu prosesə qoşulmalıdır. Eyni zamanda, Nobel mükafatı laueratları bu prosesə qoşulmalıdır ki, ədalətli sülh bərpa olunsun. Ədalətli sülh dedikdə, torpaqlarımızın geri qaytarılması nəzərdə tutulur. Nobel Komitəsi vaxtilə belə bir iş görüb. Münaqişə olan regionlarda sülh sahəsində Nobel mükafatı verməklə konflikt və münaqişəni xeyli dərəcədə səngidə bilib və bir çox regionlarda ədalətli sülh bərpa olunub. Bundan başqa, qlobal dünyanın, uşaqların çox ciddi problemi var. Hətta bir çox inkişaf etmiş ölkələrdə mədəni irsin qorunması missiyasını da Mehriban xanım üzərinə götürüb. O, sülh üzrə Nobel mükafatına ən ideal namizəddir”.

“Mehriban xanımın gördüyü işlər insanları birliyə aparır”

Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov deyib ki, Azərbaycanın birinci xanımı beynəlxalq arenada olan hörməti, gördüyü işlərilə Nobel Sülh mükafatını ölkəmizə gətirə bilər: “Bizim xalqımız da layiqdir ki, bizlərdən də kimsə bu mükafatı alsın. Mehriban xanım humanist addımları ilə seçilir, istər Azərbaycanda, istərsə də bir çox dünya ölkələrində yeni məktəblər tikir, mədəniyyəti, incəsənəti himayə edir. Onun fəaliyyəti insanları birliyə, mehribanlığa aparan yoldur. Bu dəqiqə dünyada insanlar arasında əvvəlki münasibətlər yoxdur. Fikrimcə, Mehriban xanımın gördüyü işlər insanları məhz birliyə aparır. Millətlər bir-birini sevib hörmət eləsələr, savaşlar olmaz, az insanlar tələf olar”.

F.Qasımov qeyd edib ki, dünyada Nobel qardaşalrının bir müddət Azərbaycanda yaşadığını yada salmırlar: “Nobel mükafatının məbləğinin 30-40 faizi Azərbaycan neftindən qazanılan maliyyə hesabınadır. Fondumuzun sədri Toğrul Bağırov nobelçiləri tez-tez ölkəmizə dəvət edir və dünyaya göstərməyə çalışır ki, Avropa ilə nəinki indi vaxtilə də əlaqələrimiz yaxşı olub, Nobel qardaşları burada işləyib, qazanıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm