Azərbaycanlı jurnalist Türkiyədən qovuldu- SƏBƏB
Bizi izləyin

Nida.az

Azərbaycanlı jurnalist Türkiyədən qovuldu- SƏBƏB

"Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İnternethaber" onlayn qəzeti məlumat verib.

"Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İnternethaber" onlayn qəzeti məlumat verib.

Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.

Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm