Nida.az
Kremlin İŞİD-ə qarşı müharibəsində azərbaycanlı faktoru: “İsanın təlimi” necə yayılacaq? – TƏHLİL
Rusiya qeyri-ənənəvi islama qarşı mübarizəyə başlayır.
Publika.az xəbər verir ki, Rusiya Baş prokurorluğu
bununla bağlı Dövlət Dumasına müraciət edib.
“Nezavisimaya qazeta” nəşri yazır ki, Baş prokurorluq Dumaya müraciətində bildirib ki, vəziyyəti düzəltmək lazımdır. Tezliklə buna qarşı yeni qanun layihəsi işlənə bilər.
Rusiya baş prokurorunun müavini Viktor Qrin Federasiya Şurasında çıxışı zaman xarici mədrəsələrdə təhsil alıb geri qayıdan tələbələr haqqında danışarkən bildirib ki, onlar təkcə dini ekstremizmin ideolqu deyil, həm də sosial ünsiyyət və ümumvətəndaş davranışının normasını Rusiya üçün qeyri-tipik şəkildə dəyişdirirlər.
Qrin hökumətin dini təhsillə bağlı tədbir görməsinin vacibliyini
qeyd edib.
Problemin həllinə yanaşmalar müxtəlifdir. Misal üçün, Rusiya
Kommunist Partiyasının Dumada təmsil olunan deputatları təklif
edirlər ki, dini təhsillə bağlı layihələri müsəlman ruhanilərinin
iştirakı ilə hazırlansın.
“Ədalətli Rusiya” fraksiyasının nümayəndəi Mixail Yemelyanov sərt
qanuni tədbirlərin görülməsi təklifini irəli sürür.
Vladimir Jirinoviskinin lideri olduğu Rusiya Liberal-Demokrat
Partiyasının üzvü Nil Yaroslav bildirib ki, Qətər və Səudiyyə
Ərəbistanı radikalizmi təbliğ edir və bu ölkədə təhsil alan daha
çox Şimali Qafqazdan olan müsəlmanlar Rusiyaya ekstremizmi
gətirirlər: “Onlar Rusiya qanunlarına zidd şəkildə öz
ideologiyalarını yaymaqla məşğuldur”.
Karnegi Mərkəzinin direktoru Aleksey Malaşenko bildirib ki, bu
problem 20 ildir mövcuddur və bu müddət ərzində hökumət həll yolunu
tapa bilmir. Onun sözlərinə görə, xaricdə ərəb dili daha yaxşı
keçilir və islam dərsi daha yüksək səviyyədə verilir.
Lakin ən diqqət çəkəni Rusiyanın İslama qarşı xristianlığın
geniş yayılmasının təklif edilməsidir. “Nezavisimaya qazeta” qeyd
edir ki, bu fikir vaxtilə də var idi və bu gün Rusiya üçün
təhlükəli olan dini ekstremizmə qarşı istifadə məqsədilə yenidən
aktullaşır. Bu proses xüsusilə MDB məkanı və post-sovet
ölkələrindən Rusiyaya gedən miqrantlar üzərində aparılması nəzərdə
tutulur.
Xristianlığı qəbul etməyən miqranta iş
yoxdur
Qeyd edək ki, ötən il Rusiyanın Ural Universitetinin mütəxəssisləri “İş axtarışında və iş seçimində işçilərin dini inancının təsiri” adlı tədqiqat aparmışdı. Araşdırmada məlum olub ki, dini təmayüllərin iş axtarışlarına da təsiri var. Belə ki, dinindən asılı olaraq insanlar müxtəlif işlərə yönələ bilərlər. Bura işçinin mənsub olduğu dinə yaxın yerə üz tutması, yaxud işəgötürənin dini mənsubluğa üstünlük verməsi daxildir.
Son 20 ildə SSRİ dağılandan sonra əhalinin çox hissəsində
cəmiyyət və iş haqqında arxaik və dini təsəvvürlər artıb. Dini
inanclar sonradan əmək bazarına da təsir göstərib və bazarlarda
insanların davranışlarında öz əksini tapır. Mütəxəssislər qeyd
edirlər ki, bu cür tədqiqat Rusiya üçün tipik deyil. Bu mövzunun
hazırlanması da yaxın vaxtlarda başlanıb. İngilisdilli elmi
cəmiyyət isə uzun müddətdir bu məsələ ilə məşğul olur. Maks
Veberanın “Protestant əxlaqı və kapitalizmin ruhu” cəmiyyətinin
iqtisadi inkişafı ilə dinin əlaqəsi haqqında əsas iş hələ XX əsrin
başlanğıcında yazılmışdı.
Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistandan
olan 6012 nəfər arasında aparılan sorğuda məlum olub ki, SSRİ-nin
dağılmasından sonra dini oriyentlərin dəyişməsi baş verib. Belə
ki,
təkcə bölünən dini doktrinalar deyil, həm də “dünyəvi” xristianlıq-
Erməni apostol kilsəsi və Gürcü pravoslav kilsəsi də bazarda
işçilərin dini dəyərlərinə İslamda az əhəmiyyət vermirlər.
Tədqiqatda bildirilir ki, müsəlmanlar işçinin əsasən təhsilə, bacarığı və kömək lazım olan insanlara üstünlük verirlər. İşçinin yaş və xarici görünüşü, həmçinin uğurlu cəhətləri də əhəmiyyətlidir.
Erməni apostol kilsəsinin nümayəndələri yaş və xarici görünüşə
diqqət yetirsələr də, istedadın və uğurlu cəhətlərin olmasını
yüksək qiymətləndirirlər. Gürcü pravoslav kilsəsinə mənsub olanlar
əksinə uğuru daha çox qiymətləndirirlər, həmçinin, peşəkarlığı və
qabiliyyəti də gözardı etmirlər. Tədqiqatın nəticələrinə görə, bu
gün Rusiya bazarlarında dini təmayülə yetərincə diqqət yetirilir və
işə götürmədə bu üstünlük təşkil edir.
“İsanın təlimi”ni necə yayacaqlar?
Dünyanın dini ekstremizmə qarşı mübarizəsi fonunda Moskva
patriarxının MDB-də qeyri-xristian xalqlar arasında “İsanın
təlimi”ni fəal şəkildə yaymaq niyyətini açıqlaması diqqət çəkir.
Bununla bağlı müqəddəs sinodun bir müddət öncə iclasında “Rus
provaslav kilsəsinin müasir xaricisi missiyası” haqqında sənəd də
qəbul edilmişdi. Rus kilsəsi bu ölkəyə qazanc arxasınca gələn
miqrantlar arasında xristian dinin yayılması missiyasını aparıb.
Misal üçün ötən il miqrantların dil və mədəni uyğunlaşmasına həsr
edilmiş Rus Pravoslav Kilsəsi və federal Miqrasiya Xidmətinin birgə
layihəsi prezident qrantını ala bilib. Xüsusilə müsəlman
ölkələrindən olanlar arasında aparılan bu iş istənilən effekti
vermir, səmərəsiz olması ilə yanaşı, bəzi hallarda neqativ
nəticələrə də səbəb olur..
Lakin yeni sənəddə “xarici missiya” olaraq göstərilən bu istiqamət
Rusiyaya gələnlər arasında deyil, bu ölkənin sərhədlərindən kənarda
aparılacaq.
Sənəddə göstərilir ki, “müxtəlif inanc tərəfdarları və müxtəlif dünyagörüş daşıyıcıları - bura həm dindarlar, həm də qeyri-dindarlar, yəni dünyəvilər daxildir- kiləsinin əsas hədəfidir. Bu fəaliyyətin nəticəsi olaraq kilsəyə yeni üzvlər qoşulmalıdır. Bununla yanaşı, planlaşdırılan fəaliyyət Rus Pravoslav Kilsəsinin təsir ərazisində daxil olan ölkələrin qeyri-xristian əhalisinin arasında da aparılacaq.
Rus Pravoslav Kilsəsinin Sinod informasiya bölməsinin
İnformasiya-analitik idarəsinin (idarə etməsinin) başçısı Vaxtanq
Kipşidze “Nezavismaya qazeta”ya açıqlamasında deyib ki, burda Orta
Asiya regionu və Çin xüsusi yer tutur. Eyni zamanda, “missiya”
anlayışları arasında incə bir hədd və “prozelitizm” (öz dininə
döndərməyə çalışmaq-red) mövcuddur. Yəni başqa dinlərdə olanları öz
tərəflərinə çəkməlidir.
Sənəddə qeyd olunur ki, Rus Pravoslav Kilsəsi öz missioner
fəaliyyətində “müasir kontekstdə prozelitizm anlayışı” kimi
metodlardan istifadə etmir.
V. Kipşidzenin sözlərinə görə, “prozelitizm” Kilsələrin Ümumdünya
Məsləhət Şurası (VSS) çərçivəsində təyin edilir və bu vasitələrdə
maddi amildən istifadə, təhsil məsələləri və ya öz dini inamları
haqqında azad seçim edə bilməyən vəziyyətlərdə olan insanları cəlb
etmə kimi metodlar birləşir.
Belə ki, “prozelitizm” prosesində metodlar müxtəlifdir: KİV
vasitəsilə açıq xütbə, konsert zallarında çıxışlar, stadionlarda
təbliğat, ədəbiyyatın yayılması, gənclərin təhsilinin
maliyyələşdirilməsi, geniş formada humanitar yardımların
göstərilməsi kimi vasitələr.
“Rus pravoslav kilsəsinin xarici missiyasının inkişaf
istiqamətləri” və ya Daniil Sısoyev niyə
öldürüldü?
Bu metodlar Kilsələrin Ümumdünya Məsləhət Şurasının müəyyən
etdiyi metodlardır. Rus Pravoslav Kiləsi isə özünəməxsus
metodlardan istifadə etmək niyyətindədir. Bu metodlar sənəddə “Rus
pravoslav kilsəsinin xarici missiyasının inkişaf istiqamətləri” adı
altında qeyd olunur. Belə ki, bura pravoslav ədəbiyyatın tərcüməsi,
qeyri-xristian xalqların dillərində xristianlıqla bağlı audio və
videomaterialların hazırlanması, yerli dillərdə ibadətlərin
edilməsi, pravoslavlıqla maraqlananlarla iş aparmaq, uşaq dairələri
ilə işləmək, sosial dəstək qrupları yaratmaq, yerli sakinlər
arasında böyüklər üçün maarifləndirici kursların təşkili,
məbədlərlə bağlı fotosərgilər, həmçinin müqəddəs yerlərə
ekskursiyaların keçirilməsi, yerli əhalinin inteqrasiyası kimi
metodlar daxildir. Sənəddəki proqramlar və yeni icmaların
yaradılması məsələlərində VSS-nin
tövsiyələrinə zidd məqamlar var.
Prozelitizmin Moskvada fəaliyyət göstərən Mərkəzi elmi Şurasının
üzvü Karneqi Aleksey isə hesab edir ki, bu proqram yerli əhali üçün
praktiki olaraq eynidir.
“Mən Rus pravoslav kiləsinin Mərkəzi Asiyada qeyri-rus
əhalisinin arasında missiyanı necə aparacağını çətin təsəvvür
edirəm. Məncə, burda şanslar sıfıra bərabərdir. Hətta Mərkəzi
Asiyadan olan miqrantlar arasında işləyərkən də şanslar az idi,
hansı ki, bu qurbanlara da gətirib çıxartdı”- deyə K. Aleksey
bildirib.
Onun fikrincə, belə bir missiya yerli müsəlman ruhaniləri, eləcə
də hökumət tərəfindən qəbul edilməyəcək, nəticə etibarilə
etirazlara səbəb olacaq: “Həqiqətən də Moskvada miqrantlar arasında
aparılan rus kiləsinin təcrübəsi faciəvidir. Dörd il öncə Pravoslav
missionerlər məktəbinin banisi keşiş Daniil Sısoyev öz xütbəsinə
görə, miqrant müsəlmanlar tərəfindən öldürülmüşdü. Düzdür hazırda
miqrantlar arasında iş yenə də davam edir, amma bu əvvəlki kimi
fəal deyil”.
Rusiyanın MDB-ni xristianlaşdırma siyasəti
Bu baxımdan, aparılan sosial sorğu və gəlinən nəticələrin
Rusiyanın miqrantlar arasında dini siyasətini hansı istiqamətdə
inkişaf etdirməsinə hesablanmış olduğunu ehtimal etmək olar.
Ehtimal etmək olar ki, Rusiya bununla bazarlarda çalışan
qeyri-rusların dini təmayüllərini öyrənmək və buna görə hərəkətə
keçmək niyyətindədir. Belə ki, hər bir xalqın Rusiyadakı
nümayəndələrinin iş həyatında dinə nə qədər üstünlük verdiyi
haqqında yükün təəssürata malik olunur və onlara din üzərindən
sirayət edilir. Digər tərəfdən, dini təmayülə görə işə götürmək
məsələsini xeyli ictimaiyyətləşdirməklə sosial təbəqələşmə
aparılır. Gələcəkdə çox güman ki, Moskva Pravoslav Kilsəsinin xətti
ilə miqrantların xristianlığa dəvətində bu amil də istifadə oluna
bilər. Təsəvvür edin ki, Azərbaycandan Rusiyaya iş arxasınca getmiş
birisi xristian olmadığı üçün işə qəbul edilmirsə, ondan ən azından
dini tərəddüd yarana bilər. Hətta xristianlığı da qəbul etməsi
gözləniləndir.
Bununla yanaşı, nəzərə alınmalıdır ki, bu gün qafqazlılar Rusiya
iqtisadiyyatında kifayət qədər cəlbedici paya malikdir. Bu ruslara
nə qədər xeyir versə də, onların düşüncəsində görə, “qara millət”
buna layiq deyil və bu düşüncənin təzahürü olaraq da, dəflərlə
miqrantların ölkədən çıxarılması tələb olunub. Burdan gəlinən
nəticə belədir ki, Rusiya hökuməti bununla həm dini siyasətini
yerinə yetirir, həm də yerli əhalinin ehtiraslarını söndürür. Son
olayların fonunda bütün bunları ehtimal etmək və gözləmək
mümkündür.
Digər tərəfdən, Rusiya öz torpaqlarında olan İslam təmayüllü
miqrantların dini ekstremizmə meyillənməsinin də qarşısını almış
olar. Hansı ki, bir sıra beyin mərkəzləri bu gün İŞİD terror
qruplaşmasının təhlükə yarada biləcəyi ölkələr arasında Rusiyanı
ilk sıralarda göstərir.
Bu arada Rusiya və Qazaxıstan ekspertlərinin İŞİD-ə qarşı
mübarizədə Azərbaycanı onlarla birlikdə olmağa çağırması da
təsadüfi deyil. Görünür, Kreml dini müstəvidə apardığı siyasəti
şaxələndirməyə çalışır.
Asif Nərimanlı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO