Nida.az
Prezident Fələstin Dövlətinin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud Abbasın salamlarını dövlətimizin başçısı İlham Əliyevə çatdırdı. O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini dedi. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladı. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş etdi.
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO