Nida.az
Partiya sədri: “Eldəniz Quliyev buraxdığı səhvə görə mütləq cavab verəcək”
“Eldəniz Quliyev buraxdığı səhvə görə mütləq cavab verəcək. Sadəcə olaraq, bu şəxsin Daxili İşlər Nazirliyi ilə məhkəmə çəkişməsi olduğu üçün biz bu çəkişməyə ortaq olmaq istəmirik. Ona görə də gözləyirik”.
Bu barədə Publika.az-a açıqlamasında Vətəndaş və
İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
VİP sədri “El” hərəkatının üzvü Eldəniz Quliyevlə məhkəmə görüşmək
məsələsinin aktual olduğunu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl tərəflər arasında qarşılıqlı
ittihamlar səsləndirilmişdi. VİP qarşı tərəfin təhqirə yol
verdiyini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə
qaldırılan iddianı təmin etməmişdi.
Ə. Əliyev Milli Şuranın 12 oktyabr mitinqinə də münasibət bildirib.
Onun fikrincə, mitinqə orta qiymət vermək olar: “Müxtəlif cür
qiymətlər verilir, amma hazırkı şəraitdə bu mitinqə orta qiymət
vermək mümkündür. Mitinqlər siyasi mübarizənin formasıdır və hesab
edirəm ki, bunun cəmiyyətə heç bir ziyanı yoxdur. Bu mübarizə
formasından bütün qurumlar və partiyalar, o cümlədən bizim təmsil
olunduğumuz Birləşmiş Hüquq Müdafiəsi Komitəsi istifadə edə
bilər”.
VİP sədri partiya daxili məsələlərdən də danışıb. Bildirib ki,
hazırda əsas strategiya qarşıdan gələn seçkiyə hazırlaşmaqdır.
Lakin partiya sədri bələdiyyə seçkilərinə o qədər əhəmiyyət
vermədiklərini açıqlayıb.
“Müzakirə mövzusu bələdiyyə seçkilərdir, lakin ölkədə heç kəs bu
seçkidən danışmır. Bu həm seçki prosesinə cəmiyyətin etimadının
səviyyəsindən, həm də bələdiyyələrin səlahiyyət və statusundan
irəli gələn münasibətdir. Cəmiyyətdəki ovqata uyğun partiya daxili
süst vəziyyətdə müzakirə aparırıq. Qurumlarımız, fəallarımız
seçkidə iştirakı mənasız hesab edir. Buna görə də biz əsas
prioritet seçkinin 2015-ci il parlament seçkiləri olduğunu elan
etmişik. Hesab edirik ki, 2015-ci ilə qədər ölkədə fors-major
hadisə baş verməsə, Azərbaycanın gələcək siyasi müqəddəratını həmin
seçkilər müəyyən edəcək. Bu həm də 2018-ci il Azərbaycan dövlətinin
100 illiyi ərəfəsində keçiriləcək prezident seçkilərinə də müəyyən
təsirlərini göstərəcək”, - deyə partiya sədri vurğulayıb.
Ə. Əliyev prosesləri geosiyasi mənzərənin dəyişməsi ilə də izah
edir. Onun fikrincə, hazırda neftin qiymətinin düşməsi Azərbaycanın
sosial, o cümlədən siyasi həyatına da təsir edəcək: “Ukrayna-Rusiya
münaqişəsi, dünyada baş verən qarşıdurma Azərbaycana da təsir edir.
Hesab edirəm ki, 2015-ci ildə Azərbaycanda da müəyyən irəliyə doğru
proseslər yaşanacaq”.
Ə. Əliyev parlament seçkilərində namizədlik iddiasında olduğunu
bildirib. Lakin hələlik heç bir bloka qoşulmaq niyyətinin
olmadığını da açıqlayıb.
“Təmsil olunduğumuz qurum heç bir öhdəlik daşımır, amma ordakı
partiyalarla birgə hərəkət etmək kimi hallar ola bilər. Hazırda isə
partiya daxilində təkbaşına seçkiyə getmək fikrini dəstəkləyirik.
Partiya da, mən də seçkiyə ciddi şəkildə hazırlaşırıq”, - deyə VİP
sədri bildirib.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...