Nida.az
Aslan İsmayılov: “Müsavat yeni seçki keçirməli, başqan yeni sima olmalıdır”
Tanınmış vəkil Aslan İsmayılov Müsavatda yeni seçkinin keçirilməsini təklif edib.
Publika.az xəbər verir ki, A. İsmayılov bildirib
ki, yeni seçkidə nə Arif Hacılı, nə də Qubad İbadoğlu iştirak
etməlidir: “Partiyanın az qala bərabər sayda əks-cinahlara
çəkilməsini nəzərə alaraq yeni seçkilər keçirilməli və bu
seçkilərdə nə Arif Hacılı, nə də Qubad İbadoğlu iştirak etməlidir.
Daha yaxşı olardı ki, seçiləcək şəxs yeni sima olsun. Bu seçkilərdə
partiyanın bütövlüyü və gələcəyi naminə mən filan ildən
partiyadayam, bu qədər həbsdə yatmışam, mitinqlərdə döyülmüşəm kimi
arqumentlər əsas olmamalıdır!”.
A. İsmayılov qeyd edib ki, baş verənlərdən öz mənfəəti üçün
istifadə etmək istəyən heç kimə bəraət qazandırmaq mümkün
deyil.
“Müsavat partiyasında barış yaratmaq üçün, konfliktən çıxış yolu
tapmaq üçün hər kəs əlindən gələni etməli, müsavatçılar isə
KİV-lərdə, sosial şəbəkələrdə bir-birinə qarşı maksimum dözümlü
yanaşmalı və istənilən əsaslı və ya əsassız ittihamdan
çəkinməlidirlər. Bütün mübahisələr partiya daxilində müzakirələr və
demokratik yolla həll olunmalıdır”, - deyə o bildirib.
Asif
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO