Arif Hacılıdan şok açıqlama: “Onlar xəyanət etdilər”
Bizi izləyin

Nida.az

Arif Hacılıdan şok açıqlama: “Onlar xəyanət etdilər”

Müsavat başqanı Arif Hacılı partiyadan istefa verənləri xəyanətkar adlandırıb.

Publika.az xəbər verir ki, mətbuata açıqlamasında istefalarla bağlı münasibət bildirmək istəməyən Müsavat başqanı “Facebook” səhifəsində buna qısa münasibət bildirib.

“İrəli sürdükləri arqumentlərdən asılı olmayaraq, Müsavat Partiyasını tərk edənlər Müsavatçılığa, Rəsulzadənin ruhuna, bu ağır dövrdə Müsavatda qalıb fəaliyyətlərini davam etdirən silahdaşlarına qarşı xəyanət etdilər!” – deyə A. Hacılı vurğulayıb.

Qeyd edək ki, VIII qurultayda Arif Hacılının başqan seçilməsini qəbul etməyən Qubad İbadoğlunun tərəfdarları partiyadan istefa verirlər. Artıq Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasla birlikdə bir neçə gənc istefa verdiklərini açıqlayıb. Bir neçə gün öncə isə partiyanın Tovuz rayon təşkilatı tam tərkibdə istefa verdiklərini bildiriblər.

Rayon təşkilatının 400-ə qədər üzvü olduğu deyilir. Lakin partiya rəhbərliyi təşkilatdan bir neçə nəfərin istefa verdiyini, digərlərinin isə hələ də müsavatçı olaraq qaldığını açıqlayıb. Hazırda Tovuz rayon təşkilatının yenidən qurulması istiqamətində iş aparılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm