Əflatun Amaşov jurnalistin ölkədən qovulması haqda danışdı
Bizi izləyin

Nida.az

Əflatun Amaşov jurnalistin ölkədən qovulması haqda danışdı

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə münasibət bildirib.

MŞ-nın sədri Ə.Amaşov Publika.Az-a açıqlamasında deyib: "Bu məsələ diqqətdə saxlanılacaq. Məsələ ilə bağlı araşdırma aparıb gün ərzində bəyanat da yayılacaq".

Xatırladaq ki, "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm