Ziyafət Əsgərov irad tutdu: “Qanunlara əlavə heç nə yazmırıq”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov irad tutdu: “Qanunlara əlavə heç nə yazmırıq”

“Telekanallarda bütün günü yemək bişirməkdən göstərirlər, amma hərbi vətənpərvərliyə yer ayrılmır. Görüşdüyüm hərbçilər də mənə bu barədə şikayət edirlər”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında” Qanunun müzakirəsi zamanı deputat Rafiq Məmmədhəsənov deyib.

Deputat təklif edib ki, hərbçilərin həyat yoldaşlarının işə qəbulu zamanı da güzəştlər olmalıdır: “Lakin bunlar işə qəbul olunmaq əvəzinə test imtahanına göndərilir. Eyni zamanda, təklif edirəm ki, cəbhə xəttində yaşayan gənclərin ali məktəbə qəbulu üçün müəyyən güzəştlər etmək olar”.

Deputat Sabir Rüstəmxanlı “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun müzakirəsi zamanı gündəliyə etiraz edib. Bildirib ki, deputatların işinin böyük hissəsi qanunlarda dəyişikliyə həsr olunur: “Bu dəyişiklik əhaliyə xeyirdən çox zərər vurur. Ölkəyə gəlib-gedənlər dəyişikliklərdən xəbərsiz olur deyə, qayıdanda böyük miqdarda cərimə olunur. Hətta tranzit gəlib-gedənləri yolda saxlayırlar ki, sən niyə 3-4 gün artıq qalıbsan. Azərbaycan əsilli insanlara da məhdudiyyət var ki, gəlib 1 aydan sonra getməlidir. Bəlkə adamlar gəlib burda 3-4 ay qalmaq istəyir. Ermənistanda hətta atası yarı rus, yarı iranlı olanı gətirib ona vətəndaşlıq verirlər. Ermənistan kim xaricdən gəlib müraciət edirsə, ona vətəndaşlıq verir. Amma Rusiya, ya Ukraynada yaşayan bizimkilər geri qayıdanda problemlə qarşılaşır. Bu əlavələr bəzən onların vəziyyətini ağırlaşdırır”.

İclasa sədrlik edən 1-ci vitse-spiker Ziyafət Əsgərov deputatlara etiraz edib. Bildirib ki, bu dəyişikliklər qəbul edilən Miqrasiya Məcəlləsinə uyğun şəkildə edilir.

Elmira Axundova da insanların işini asanlaşdırmaq üçün təkliflərini səsləndirib. Bildirib ki, ölkəyə gələnlərin 3 gün ərzində qeydiyyata alınması barədə tələb qoymaq əlavə problemlər yaradır.

Z. Əsgərov isə “biz bu qanunlara əlavə heç nə yazmırıq” deyərək deputata irad tutub:

“Əcnəbilərin qayğısına çox qalırsınız. Amma bizim vətəndaşlar xaricdə viza müddəti qurtaranda başlarına nə oyun açırlar, heç bilirsiniz? Onda açaq sərhədləri, camaat gəlsin, hə, nə olsun? Qonaqpərvərlik yaxşı şeydir, ancaq bunun da bir əndazəsi var. Biz ilk növbədə gərək öz vətəndaşlarımız haqqında fikirləşək, sonra əcnəbilər barədə?”

Məlum olub ki, bu məsələyə 30 sentyabrda Hüququ Siyasəti və Dövlət quruculuğu komitəsində baxılıb.

Z. Əsgərov “Əli müəllim, bu məsələni niyə əvvəldən qeyd etmədiniz?” deyə irad tutub.

Ə. Hüseynli isə deyib ki, gündəliyin axarını pozmaq istəməyib, növbəti məsələdə bu barədə açıqlama verəcəkdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm