ABŞ Avropanı nüvə bazasına çevirir
Bizi izləyin

Nida.az

ABŞ Avropanı nüvə bazasına çevirir

Qərbin sanksiyaları altında ağır günlər yaşayan Rusiya Federesiyasının prezidenti Vladimir Putinin iki gün əvvəl əsas rəqibi ABŞ-ı növbəti dəfə nüvə silahı ilə təhdid etməsi bir daha dünyanın necə bir qorxunc fakt qarşısında olduğunu göstərdi.

Hazırda dünyanin 8 ölkəsinin silah arsenalında taktik nüvə silahı var. Bu nüvə silahı öz sinfindən olan digər nüvə silahlarından fərqli olaraq, İkinci Dünya müharibəsindən sonra heç vaxt ikitərəfli və ya çoxtərəfli beynəlxalq müzakirələrin predmeti olmayıb.

Taktik nüvə silahı Böyük Britaniyadan başqa bütün nüvə dövlətlərində var. Strateji nüvə silahından fərqli olaraq, taktik nüvə silahının trotil ekvivalenti, adətən, bir neçə kilotonu keçmir. Taktik nüvə silahı sursatların olduqca geniş nomenklaturası şəklində mövcud ola bilər: aviasiya bombaları, raketlərin başlıqları, artilleriya mərmiləri, minalar, dərin bombalar, torpedolar və s.

Nüvə müharibəsindən söhbət gedəndə isə diqqətlər ilk növbədə Rusiya və ABŞ-a yönəlir.

İki böyük nüvə dövləti, əvvəlcə Sovet İttifaqı, daha sonra Rusiya Federasiyası və ABŞ taktik nüvə silahlarının ixtisarı ilə bağlı dəfələrlə görüşlət keçirilsə də, tammiqyaslı dialoqu başlamaq heç vaxt mümkün olmayıb. Düzdür, 1991-19920-ci illərdə Vaşinqton və Moskva yaxşı niyyət nümayiş etdirərək “prezident təşəbbüsləri” çərçivəsində taktik nüvə arsenalının ixtisarına razılaşdılar. Söhbət, təxminən 75- 80 fazi ixtisardan gedirdi. Amma bu niyyətlər praktikada özünü göstərmədi.

BMT Baş Assambleyası bir neçə dəfə taktiki nüvə silahları məsələsi üzrə rəsmi danışıqların başlanması üçün qətnamələr qəbul etdi. Amma bu sənədlər xüsusi tövsiyə xarakteri daşıyırdı.

Taktik nüvə silahlarının ixtisarı haqqında danışıqlar çərçivəsində Rusiya belə bir şərt də irəli sürdü ki, Birləşmiş Ştatlar Avropa qitəsindəki taktik nüvə silahlarını tamamilə çıxarsın. Belə bir tələb isə onunla əsaslandırılırdı ki, Rusiya Belorus, Qazaxıstan və Ukraynadan bütün taktiki nüvə silahını çıxarıb. ABŞ isə indiyə kimi Avropanın dörd ölkəsində, həmçinin Türkiyənin Asiya hissəsində taktik nüvə silahları saxlayır və onların genişmiqyaslı müasirləşdirilməsi proqramını reallaşdırır. ABŞ-ın Avropanın dörd ölkəsi və Türkiyənin Asiya hissəsində yerləşdirdiyi taktik nüvə silahlarının sayı yüzlərlədir. Pentaqona 2038-ci ilə qədər bu silahların genişmiqyaslı müasirləşdirilməsi proqramını reallaşdırmaq üçün 65 milyard dollar ayırılacaq. Xüsusi olaraq, bu silahların çatdırılması üçün “F-35A” qırıcı-bombardmançıları istehsal olunacaq. Qırıcı-bombardmançılar ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında ən azı 2075-ci ilə qədər qalacaq.

Birləşmiş Ştatlar nəinki Moskvanın Avropa və Türkiyədən geri çəkilmə tələbini rədd edir, əksinə eyni zamanda Avropada ümumi təyinatlı güclərin genişləndirilməsi fəaliyyətini davam etdirir. ABŞ Avropada həm quru, həm də suüstü müasir raket əleyhinə sistemləri qurur.

Rusiyanın “Nezavisimaya Qazeta” nəşri hesab edir ki, ABŞ formalaşdırdığı şərtlərdə Moskva milli təhlükəsizlik haqqında narahatlığını büruzə verməli, strateji planlar Rusiyanın yenilənən hərbi doktrinası məsələləri üzrə “Ağ kitab”ında əksini tapmalıdır. Qeyd edilir ki, Rusiya milli strateji və taktiki nüvə silahlanması məsələsində sürətləndirilmiş addımlar atmağa məcburdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm