Nida.az
ABŞ-da Azərbaycanın müstəqillik günü ilə bağlı bəyanat qəbul olunub

Azərbaycan Respublikasının müstəqilliyinin 23-cü ildönümü münasibətilə ABŞ-ın Viskonsin Ştatının Miluoki Dairəsinin (Milwaukee County) rəhbəri Kris Abele 2014-cü il 18 oktyabr tarixinin bu dairədə Azərbaycan müstəqilliyi günü kimi tanınması barədə bəyanat qəbul edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqının təbrik olunduğu bəyanatda həmçinin 23 il əvvəl müstəqillik yolunu seçmiş Azərbaycanın artıq beynəlxalq aləmdə öz yerini tutduğu göstərilib, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Azərbaycanın qədim memarlıq, ədəbiyyat, musiqi ənənələri və folklor rəqs nümunələrinin qorunub saxlanması ilə məşhur olduğu açıqlanıb.
Bundan əlavə Miluoki Dairəsinin rəhbərinin imzaladığı sənəddə ölkəmizin Qafqaz dağları, Xəzər dənizi və eləcə də Yanar dağın təcəssüm etdirdiyi füsunkar mənzərələrə malik olduğu bildirilir.

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi