Nida.az
Nobel mükafatı alanlar Mehriban Əliyevanın gördüyü işin heç yarısını da etməyiblər

"Mehriban Əliyevanın yerli və beynəlxalq səviyyədə gördüyü işlər onun Nobel sülh mükafatına ən layiqli namizədlər sırasında olmasına əsas verir. Bu gün Nobel mükafatına layiq görülənlərin işini kölgədə qoymaq istəmirəm, lakin onlar M.Əliyevanın gördüyü işin heç yarısını da görməyiblər".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
“Son illər Nobel mükafatının hansı xidmətlərə görə verilməsini çox yaxşı bilirik, bu mənada onların gördükləri işlər Mehriban xanımın gördüklərindən çox azdır. M.Əliyeva istər birinci xanımlar, istər millət vəkilləri, istərsə də qeyri-hökümət təşkilatları fondlarının rəhbərləri arasında ən aktiv xanımdır. Birinci xanımlar arasında bu qədər böyük miqyaslı, qlobal səviyyəli, ən yüksək humanizm prinsiplərinə sadiqliklə fəaliyyət göstərən ikinci belə şəxsiyyət yoxdur”- deyə millət vəkili bildirib.
M.İbrahimqızı bildirib ki, Mehriban xanımın gördüyü işlər yalnız ölkə səviyyəsi ilə məhdudlaşmır. O, din və millət ayrı-seçkiliyi qoymadan müxtəlif ölkələrdə humanist layihələr həyata keçirib. M.Əliyeva həm də siyasətçi kimi ölkəmizin dünya ölkələri ilə əməkdaşlığı çərçivəsində mühüm addımlar atır ki, bu da əlaqələrimizin daha da güclənməsinə təkan verir.
“Bu vaxta qədər bizim bu mükafata layiq görülməməyimizin əsas səbəbi SSRİ tərkibində olmağımız, daha sonrakı illərdə isə bizə olan ikili standart və erməni lobbisinin təsiri var. İnşallah ədalət gec-tez öz yerini tapacaq, Azərbaycanın təbii sərvətləri hesabına formalaşan bu fondun mükafatını əldə edəcəyik. Bundan sonra da biz öz yolumuzu davam etdirəcəyik. Onsuz da Mehriban xanım mükafata yox, bəşəri dəyərlərə xidmət edən şəxsiyyətdir. M.Əliyeva Nobel qədər mötəbər hesab edilən bütün mükafatlara layiq görülüb. Əlbəttə, həmin mükafatlar üçün də xüsusi iş görməyib, sadəcə millətə, dövlətə, insanlığa göstərdiyi qayğı beynəlxalq aləmdə qiymətləndirilib. Çünki onun həyata keçirdiyi layihələrin sərhədi yoxdur”.
Xatırladaq ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı mətbuatda “Azərbaycanı görün...” adlı geniş məqalə ilə çıxış edib.

-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı
-
İdman06:46
Roberto Baccio Messiyə görün nə hədiyyə etdi - FOTO