Nida.az
Müsavatdakı seçkilərlə bağlı yeni detallar - Arif Hacılıya şok ittiham
Müsavat Partiyasında başqan Arif Hacılıya qarşı rayon təşkilatları qarşı çıxmağa başlayıb. Halbuki, Mərkəzi İcra Aparatının rəhbəri olduğu dövrdə rayon təşkilatlarının məhz onun kurasiyasında olduğu deyilirdi.
Əvvəlcə Tovuz rayon təşkilatı 19 nəfər olmaqla tam tərkibdə istefa
verdi. Ardınca Zəngəzur rayon təşkilatının sədri ramiz Əliyev A.
Hacılını istefaya çağırdı.
İndi isə Qubadlı rayon təşkilatının sədr müavini Məhəbbət Muradov
başqana qarşı sərt ittihamlar irəli sürüb.
M. Muradov Publika.az-a açıqlamasında bildirib ki, qurultaydan öncə
seçkinin nəticələrinə təsir edəcək qeyri-qanuni fəaliyyətlər baş
verib. Onun sözlərinə görə, bir sıra rayon təşkilatında Qubad
İbadoğlunun tərəfdarlarının qurultaya nümayəndə seçilməsinə
maneələr yaradılıb: “Müxtəlif bəhanələrlə rəqib tərəfin adamlarının
hüquqlarını məhdudlaşdırmaq tendensiyası bizim rayon təşkilatından
da yan keçməyib. Məsələn, belə adamlardan biri Elman Elxan oğludur.
3 il əvvəl yerli müsavatçılar tərəfindən qurultaya nümayəndə olaraq
seçilən Elxan bəyi sosial şəbəkələrdə öz mövqeyini ifadə edən
statuslarına və rayon partiya sədri ilə polemikalara girdiyinə görə
Müsavatın sıralarından uzaqlaşdırdılar. Halbuki nə partiya
nizamnaməsində, nə də qurultayla bağlı əsasnamədə bu hərəkət üçün
cəza nəzərdə tutan bir müddəa yox idi. Biz də bu öz özbaşınalığın
qarşını almaq üçün partiyanın müvafiq qurumları, o cümlədən, Divan,
MNTK, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi qarşısında məsələ
qaldırdıq. Nə yazıq ki, bütün bu təşəbbüslərimizə barmaqarası
baxıldı. Hətta məsələ MNTK-da araşdırılmadan Divanın müzakirəsinə
çıxarıldı və qeyri-qanuni qərar qüvvədə saxlanıldı. Dərdimizi İsa
bəyə çatdırmaq istədik. Başqan kimi partiyada baş verənlərə adekvat
reaksiya verəcəyinə ümid bəsləyirdik. İsa bəy isə bizi qəbul
etmədi. İllərlə həyatımızı, rahatlığımızı fəda etdiyimiz bir
liderin bu hərəkəti bizdə təəssüf hissi yaratmaqla yanaşı, həm də
bütün xəyallarımızı alt-üst etdi”.
M. Muradovun sözlərinə görə, Qubadlı rayon təşkilatında Qubad
İbadoğluna tərəfdarları ilə görüşmək imkanı verilməyib: “Arif
Hacılı isə Qubadlı müsavatçıları ilə 2 dəfə görüşüb. Görüşün biri
Bakıda, Müsavatın qərargahında, digəri isə Sumqayıtda şadlıq
evlərindən birində keçirilib. Üstəlik, Müsavat Partiyasının rəhbər
orqanlarınında təmsil olunan şəxslər tərəfindən rayon müsavatçıları
arasında Qubad İbadoğlunun əleyhinə təbliğat kampaniyası aparılıb.
Onun hökumətin layihəsi olduğu barədə şaiyələr yayılıb. İsa
Qəmbərin namizədinin Arif Hacılı olduğu bildirilib. Bütün bunları
yayanların başında isə Zöhrab Məhərrəmli dayanıb. Halbuki Qurultaya
Hazırlıq üzrə Təşkilat Komitəsinin Əsasnaməsinə əsasən hər bir
namizədə eyni yanaşma sərgilənməli, onlara qarşı tərəfsizlik
nümayiş olunmalı idi”.
M. Muradov əlavə edib ki, Arif Hacılı Müsavatı ailə partiyasına
çevirib.
“Partiya üzvü olmayan Vaqif Hacıbəyli Müsavatın daxili işlərinə
qarışmaqla bu barədə dediklərimi təsdiqləyir. Vurğun Əyyub kimi
ölkədə ziyalılığı və təmizliyi ilə tanınmış siyasətçiyə çamur atan
digər qardaş Mustafa Hacıbəyli anlamalıdır ki, bu ziyalılar
Müsavatın əsas simalarıdır. Onlarsız bu partiya çox yoxsul görünər.
Hacıbəyli qardaşları heç olmasa Qubad bəyin qardaşından dərs
alsınlar. Baxsınlar Vüqar Bayramovun mövqeyinə, düşünsünlər.
Tanınmış iqtisadçı alim olan Vüqar bəy onlardan fərqli olaraq
Müsavatın daxili işlərinə qarışmır”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ