Daha bir deputat Suriyada döyüşənlərə cinayət işi açılmasını istədi
Bizi izləyin

Nida.az

Daha bir deputat Suriyada döyüşənlərə cinayət işi açılmasını istədi

Əgər onların fəaliyyətində cinayət işi varsa, onlara qarşı cinayət işi açılmalıdır. Ümumiyyətlə isə mən Azərbaycanlıların gedib Suriyada döyüşməsinin əleyhinəyəm. Azərbaycanın işğal olunmuş torpaqları var. Allahın köməyi ilə həmin torpaqların işğaldan aza

Daha bir deputat Suriyada döyüşənlərə Azərbaycan vətəndaşlarına cinayət işi açılmasını istəyib.Azərbaycanın sabiq ədliyyə naziri, Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Suriyada döyüşənlərə Azərbaycan vətəndaşlarına cinayət işi açılmasını istəyib.

Deputat Publika.Az-a açıqlamasında bildirib ki, Azərbaycandan Suriyaya gedənlərin fəaliyyəti ciddi araşdırılmalıdır: “Əgər onların fəaliyyətində cinayət işi varsa, onlara qarşı cinayət işi açılmalıdır. Ümumiyyətlə isə mən Azərbaycanlıların gedib Suriyada döyüşməsinin əleyhinəyəm. Azərbaycanın işğal olunmuş torpaqları var. Allahın köməyi ilə həmin torpaqların işğaldan azad olunması uğrunda gedib vuruşarlar”.

“Doğrudanmı, Azərbaycanda dini icmaların qeydiyyata alınması prosesi sizin ədliyyə naziri olduğunuz illərdən başlayır?” sualına isə deputat bu cür cavab verib: “Bu məsələ barədə gedib Ədliyyə Nazirliyinə sual ünvanlayın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm