Nida.az
Güləşçimizin Suriyaya apardığı daha bir vəhhabinin kimliyi bəlli oldu – Özəl
Azərbaycanlı güləşçi Rəşad Baxşəliyevin özü ilə Suriyaya döyüşə apardığı bir neçə vəhhabi ailəsindən birinin kimliyi bəlli olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, bir
müddət öncə Suriyaya “cihad etməyə” yollanan və özü ilə birlikdə
iki ailəni də aparan R. Baxşəliyevin apardığı şəxslərdən biri
İsmayıllı rayon sakini Etibar Məlikovdur.
E. Məlikov 3 ay öncə həyat yoldaşı ilə birlikdə evdən “Naftalan”
sanatoriyasına getmək adı ilə çıxıb. Daha sonra evlərinə zəng
edərək Suriyada olduqlarını deyiblər. Suriyada onun həyat yoldaşı
qadınların saxlanıldığı ayrıca məntəqədə qalıb, özü isə birbaşa
döyüşlərin getdiyi yerə yollanıb.
Üç gün öncə həyat yoldaşı evlərinə zəng edərək E. Məlikovun öldürüldüyünü deyib:
“Bir nəfər gəldi, üzü bağlı idi. Mənə Etibarın şəhid olduğu
xəbərini gətirmişdi. Mən də geri qayıtmayacam”, - məlumata görə, E.
Məlikovun həyat yoldaşı telefon danışığında bunları deyib.
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan İsmayıllı sakini Rəşad Baxşəliyev bu ilin avqust ayında Suriyaya gedərək İŞİD terror qruplaşmasına qoşulub. Onun peşəkar güləşçi olduğu deyilir. R. Baxşəliyev oktyabr ayının əvvəllərində döyüşlərdə öldürülüb. O, Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi. Məlumatlara görə, azərbaycanlı güləşçi özü ilə birlikdə İŞİD-ə qoşulmaq məqsədilə iki vəhhabi ailəsini də aparmışdı. Gedənlərdən birinin də İsmayıllıda bərbər işləyən Rahid adlı şəxsin olduğu deyilir. Hər iki şəxs ailələri ilə birlikdə getmişdi.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...