Nida.az
AŞPA-da Qarabağla bağlı xüsusi məruzə hazırlanır

“AŞPA-nın növbəti sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca məruzə hazırlanacaq”.
Bu barədə Publika.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın AŞPA-ya üzv olduğu 15 il ərzində
elə bir sessiya olmayıb ki, Dağlıq Qarabağ problemi, Ermənistanın
Azərbaycana təcavüzü məsələsi gündəmə gətirilməsin.
“Növbəti sessiyada da bu məsələ bütün kəskinliyi ilə qaldırılacaq.
Ermənistan AŞPA-da çox çətin durumdadır. Ötən sessiyada Dağlıq
Qarabağ üzrə ayrıca məruzənin hazırlanması ilə bağlı qərar qəbul
edildi. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin, eləcə də
Ermənistanın Azərbaycana işğalçı təcavüzünün Avropa Şurası
səviyyəsində müzakirəsi nəticəsində növbəti sessiya bir çox yeni
fikirlərin səslənməsi, sənədlərin hazırlanması baxımından yadda
qalacaq”, - deyə R. Hüseynov vurğulayıb.
Asif Nərimanlı

-
MDB20:30
“Bütün Ukrayna bizimdir” - Putin
-
Region20:15
Ərdoğanla Paşinyan arasında görüş BAŞLADI
-
Yaxın Şərq20:10
İsrailin aviabazalarına zərbələr endirildi
-
Region19:50
Paşinyan Göy Məsciddə - Video
-
Kriminal18:30
Burun əməliyyatından sonra ölən Nəzrinin həkiminin məhkəməsi başladı
-
Dünya16:42
Məşhur nəşrdən qalmaqal: İranı 6 yerə böldülər - FOTO
-
Nida Xəbər 15:11
Saxlanılan icra başçısı bu yüksək vəzifəli şəxsin yaxın qohumudur
-
Sosial14:42
DTX əməliyyat keçirdi: Bu rayonun icra başçısı SAXLANILDI